“Qırmızı xətt” var
07:42 10.04.2018
Arxiv
897
Rusiya Türkiyənin Suriyada güclənməsini arzulamır
"Moskva indiki halda Ankaranın mövqeyini daha çox gücləndirəcək irəliləyişə və hərbi əməliyyatlara imkan verməməyə çalışacaq”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Afrində vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır. Afrində vəziyyətin normallaşdığını iddia edən Lavrov Türkiyənin qarşısına qoyduğu əsas məqsədə nail olduğunu söyləyib. Ona görə də XİN rəhbəri hesab edir ki, azad edilən ərazilər mütləq mənada Əsəd hökumətinin nəzarətinə qaytarılmalıdır.
Şübhəsiz, hamıya məlumdur ki, Türkiyə silahlı qüvvələri Suriyaya torpaq zəbt etmək niyyəti ilə girməyib. Qardaş türk ordusunun məqsədi bölgəni terrorçulardan təmizləmək və suriyalı qaçqınların öz vətənlərinə dönməsinə şərait yaratmaqdır. Ancaq əksər analitiklərə görə, indiki halda azad edilən ərazinin qaniçən Əsəd rejiminin nəzarətinə verilməsi heç də doğru deyil.
Politoloq Zaur İbrahimli "Şərq”ə açıqlamasında deyib ki, Rusiya XİN başçısı Sergey Lavrovun bəyanatı gözlənilən idi. Hələ "Fərat qalxanı” əməliyyatı həyata keçirilən zaman Moskvanın mövqeyi bundan ibarət idi ki, Türkiyə Suriya ərazisində nəzarət etdiyi anklavlar yarada bilməz: "Kremlin yanaşması dəyişməyib. Əsədin vahid Suriya strategiyası Moskva siyasətinin əsasını təşkil edir. Rusiya çalışır ki, Əsədin, əslində isə rusların nəzarət edə bilmədiyi ərazilər mümkün qədər az olsun. PYD-nin, İŞİD-in və başqa qruplaşmaların nəzarət etdiyi ərazilərə Əsəd rejimi Rusiyanın dəstəyi ilə asanlıqla müdaxilə edə, hərbi əməliyyatları başlada bilər. Lakin Türkiyənin nəzarət etdiyi ərazilərdə Əsəd rejimi sərbəst davrana bilməz. Başqa bir məsələ isə odur ki, türk ordusunun Suriyada qalması Ankaranın əlini gücləndirir. Türkiyənin Suriyada öz mövqeyini gücləndirməsi Ankaranın bölgədəki nüfuzunu artırır, türklərin tarixən oynadığı mühüm rolu bir daha gündəmə gətirir. Bütün bunlar Rusiyanın bölgə strategiyası və Suriyadakı yanaşması ilə tərs-mütənasibdir. Bu baxımdan Moskva Ankaraya razılaşdırılmış "qırmızı xətlərə” çox yaxınlaşdığını xatırlatdı. Eyni zamanda işarə vurdu ki, Moskva ilə bağlanan müqavilələr bu "qırmızı xət” ləri qüvvədən düşürməyib”.
Ekspertin sözlərinə görə, ruslar lap əvvəldən açıq mesaj veriblər ki, Ankaranın Türkiyə sərhəddindən çox uzağa irəliləməsinə yol verməyəcəklər və türklərin yalnız lokal əməliyyatlarına dözümlü yanaşacaqlar: "Moskva indiki halda Ankaranın mövqeyini daha çox gücləndirəcək irəliləyişə və hərbi əməliyyatlara imkan verməməyə çalışacaq. Ankara isə ən azı indiki mərhələdə Moskva ilə kompromis əldə etməyə səy göstərəcək. Əgər ABŞ-ın təzyiqi ilə Rusiyanın mövqeyi çox zəifləsə, türklər üçün yeni imkanlar yarana bilər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm