Qızdırmanı təbii yolla necə salmaq olar? - VALİDEYNLƏR, OXUYUN!





Bütün kimyəvi qızdırmasalıcı vasitələr orqanizmə mənfi təsir göstərir. Xüsusən də qaraciyər bu dərmanlara qarşı çox pis reaksiya verir. Buna görə də çalışın, mümkün qədər belə vasitələrdən az istifadə edin. 

Sherg.az -ın xəbərinə görə, ümumiyyətlə, həkimlər də məsləhət görürlər ki azacıq temperaturu dərmanla salmaq düzgün deyil: 

"Çünki bu zaman orqanizm özü virusla mübarizə aparır. Həm də dədə-babadan qızdırmanı salmaq üçün xəstəni tərlədərlər. Cökə çiçəyi yaxşı tərqovucu xüsusiyyətlərə malikdir. Onu adi çay kimi dəmləyib gün ərzində az-az içmək lazımdır.

Bununla yanaşı çöl qatırquyruğunun köməyi ilə (polevoy xvoş) temperaturu salmaq asandır. 4 çay qaşığı xırdalanmış xammalın üstünə 2 stəkan qaynar su töküb bir saat saxlamaq lazımdır. Süzüb gündə 4 dəfə dörddə bir stəkan içdikdə xəstənin vəziyyəti xeyli yaxşılaşır.