Qoca anlatdı, tapdılar

Yerin altından 1853-cü ildə inşa edilən tünel aşkarlandı
Geoloqların Napoli, Monte de Dioda apardıqları araşdırmalar zamanı yerin altında bir-birinə bağlı tarixi keçiş yolları, tunellər, mağaralar tapılıb. Ancaq əsl maraqlı olan bu kəşf deyil.
Hər kəsi çaşdıran hadisə bu tunellərdə olan artıq antikvar deyə biləcəyimiz avtomobillər, müharibə zamanı itmiş, parçalanmış Aurelio Padovaninin icad etdiyi faşist dövrünə aid abidələr, motosikletlərin olmasıdır. Bu kəşf tam olaraq Piazza de Plebiscitonun 150 metr altında idi. Bura Galleria Borbonica adı verilib. 1853-cü ildə inşa edildiyi aydın olan çox qatlı Bourbon Tunel
Şəbəkəsi 1022 kvadrat metrlik bir sahəni əhatə edir. Tunelin inşasını II. Ferdinand etdirmişdi. İtaliyada hələ birliyin təmin edilmədiyi, inqilab küləklərinin əsdiyi günlərdə əsgərlərin və atların hərbi birliklərindən Kraliyət sarayına gizlicə getməsini təmin etmək üçün hazırlanan tunellər gizli bir tarixi də saxlayır.
Tunellər ayrıca sarayın su ehtiyacını qarşılayan quyulara da sahibdir. İkinci dünya müharibəsi tuneli bir daha gündəmə gətirdi. İnsanlar hava bombardmanlarından qorunmaq üçün bu tunelləri sığınacaq kimi istifadə etməyə başladı.
Bəzən dini mərasimləri keçirmək üçün də buradan istifadə edildi. Ayrıca evsizlər də bir zamanlar burada sığınır, sevgililər burada görüşürdü. 1950-ci ilə qədər istifadə edilən Galleria Borbonica sonradan tərk edildi və unuduldu. Uzun müddət istifadə edilməyən bu tunellər şəhərin kiçik olması səbəbiylə 1970-ci illərdə avtopark kimi istifadə edildi. Hətta oğurluq avtomobillərin saxlandığı yer olaraq da bilinir. 2005-ci ildə təsadüfən yenidən kəşf edildikdən sonra 2010-cu ildə ziyarətə açılan tunellərin qədəri 2 il sonra dəyişdi. 2012-ci ildə Tononi Persico adlı 90 yaşlı bir adam Napolili geoloq Gianluca Mininə ikinci dünya muharibəsi zamanından saxlanan bu tunellərdən bəhs edincə Galleria Borbonicanı turizm zonası etmək üçün işlərə başlandı. Yaşlı adamın xatırladığı məlumatlarla tunelin daha geniş olduğu təsbit edildi. 3 illik bir iş nəticəsində dekabr 2015-ci ildə Galleria Borbonica muzey olaraq ziyarət edilə bilən bir hala gətirildi.