Qondarma rejimin təklifləri İrəvandan gəlib
14:47 21.05.2019
Arxiv
774
Erməni tərəfi hər vəchlə Qarabağdakı separatçı rejimin danışıqlara tərəf kimi cəlb edilməsinə çalışır
İşğal altındakı Dağlıq Qarabağ bölgəsində yerləşən separatçı rejim iki təxribatçı təklif irəli sürüb. Sərsəng su anbarının resuslarının Azərbaycan və "Dağlıq Qarabağ Respublikası” arasında bölüşdürülməsi, Azərbaycan tərəfinin Xankəndində yerləşmiş hava limanının təhlükəsizliyinə təminat verməsi və uçuşlara sərbəst şərait yaradılması bu təkliflər sırasındadır. Ekspertlərə görə, separatçıların gündəmə gətirdiyi məsələ dolayı yolla İrəvanın arzularıdır.
Düşmən tərəfin təxribatçı addımını "Şərq”ə dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib ki, qondarma qurumun bu təklifi öz ağaları ilə razılaşdırılıb. Yəni təklif bir növ İrəvandan gəlib.
Ekspertin sözlərinə görə, 20 ildən çoxdur torpaqlarımızı işğal altında saxlayan, ərazimizdə dəfələrlə soyqırımlar törədən, insanlarımızı hər cür terrora məruz qoyan düşmənin belə bir təkliflə çıxış etməsi ikiüzlülüyün parlaq nümunəsidir:
"Əslində, təklifin mahiyyəti bəllidir. Erməni tərəfi hər vəchlə Qarabağdakı separatçı rejimin danışıqlara tərəf kimi cəlb edilməsinə çalışır. Qondarma qurum bu cür təkliflərlə beynəlxalq ictimaiyyətin diqqətini özünə çəkməyə çalışır. Həm də terrorçu sifətini humanizmlə pərdələməyə cəhd göstərir. Şübhəsiz, bu təkliflərin heç biri Azərbaycan tərəfindən qəbul edilə bilməz. Əvvəla ona görə ki, ölkəmizin ərazi bütövlüyü prinsipinə ziddir. İşğal altında olan digər bölgələr kimi Sərsəng su anbarı da ölkəmizin ərazisinə daxildir. Beynəlxalq ictimaiyyət də bunu belə qəbul edir”.
Analitik diqqətə çatdırıb ki, erməni tərəfi uzun illər cəbhə xəttində yaşayan soydaşlarımıza qarşı süni maneələr yaradıb, sakinlərin istifadə etdiyi suyu yararsız vəziyyətə salıb, kənd təsərrüfatı ilə məşğul olan dinc əhalini atəşə tutub:
"Əkin sahələrinə bilərəkdən od vurulması bu vandallığın əlamətidir. Təkliflərlə çıxış etmək dünyanın gözünə kül üfürməkdən başqa bir şey deyil. Azərbaycan dövləti və xalqı üçün ərazi bütövlüyü prinsipi hər məsələdən öndə gəlir. Məsələ ondadır ki, təxribat xarakterli çıxışların və təkliflərin edilməsi münaqişənin sülh yolu ilə həllinə olan ümidləri yox edir. Ona görə də belə bəyanatların cavabını Xarici İşlər Nazirliyi deyil, birbaşa Müdafiə Nazirliyi verməlidir. Qondarma rejimin hava məkanının təhlükəsizliyinə dair təklifi də qəbuledilməzdir. Xankəndinə Azərbaycan dövlətinin icazəsi olmadan enən hər bir təyyarə Azərbaycanın hava məkanını pozmuş sayılır. İşğal altındakı torpaqlarımızda heç bir hava limanı fəaliyyət göstərə bilməz”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə 70 yaşlı kişinin meyiti tapıldı
21:23 06.10.2026
Hadisə
16 yaşlı qızını nişanlayan ata cərimələndi
21:00 06.10.2026
Sosial
Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...
20:50 06.10.2026
Aktual
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə görüşdü
20:38 06.10.2026
Gündəm
Ayı qəbri qazaraq qadın meyitini apardı
20:17 06.10.2026
Dünya
İranda 70 siyasi məhbus edam edildi
20:02 06.10.2026
Region
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb
19:53 06.10.2026
Hərbi
39 yaşlı ƏFSANƏ: Messi Argentina millisində son oyununa çıxır
19:46 06.10.2026
Futbol
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya