"Qriplə bağlı heç bir narahatçılıq yoxdur" - Baş epidemioloq
09:24 26.12.2016
Arxiv
558
Azərbaycanda qriplə bağlı vəziyyət stabildir. Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev APA-ya deyib ki, nazirlik tərəfindən ölkədə yoluxucu xəstəliklərə qarşı bütün zamanlar üçün qabaqlayıcı tədbirlər görülür. Onun sözlərinə görə, əgər hər hansı bir xəstəliyin kütləvi yayılması baş verərsə, onun qarşısını almaq mümkündür.
Baş epidemioloq qeyd edib ki, bu gün ölkə ərazisində kəskin respirator xəstəliklər, o cümlədən qripə yoluxma ilə bağlı epidemioloji baxımdan narahatedici vəziyyət yoxdur: "Yayda da, qışda da qripə yoluxmaq olar. Sağlamlığının qeydinə qalmayan insanlar ilin bütün fəsillərində xəstələnə bilirlər. Ümumilikdə, bu gün qriplə bağlı heç bir narahatçılıq yoxdur”.
İ.Ağayev son zamanlar yayılan qripin daha uzun müddət davam etməsi barədə deyilənlərə də münasibət bildirib. O qeyd edib ki, qripin kimdəsə çox və ya az davam etməsi hər bir insanın özündən asılıdır. Baş epidemioloqun sözlərinə görə, insanlar xəstə olduqları müddətdə işə gedirsə, küçəyə çıxırsa, soyuq mühitdə olursa, qrip uzun müddət davam edir: "Özlərini qorumayan şəxslər hər zaman soyuqdəyməyə meylli olurlar.
Amma biz kimin xəstələnib-xəstələnməyəcəyi barədə proqnoz verə bilmərik. Hər evə həkim, tibb işçisi xüsusi nəzarət edə bilməz. Hər bir şəxs sağlamlığının qeydinə qalmalıdır. Virus insandan asılı olmayaraq orqanizmə yoluxur. Yoluxmanın arealına xüsusi nəzarət oluna bilməz. Bütün poliklinikalarda, tibb müəssisələrində xəstələri qəbul etmək üçün şərait var və lazımi zamanda qripli şəxsə yardım etmək mümkündür. Amma həkimə gəlməzdən öncə hər bir şəxs öz sağlamlığının qeydinə qalmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan universitetlərə süni intellekt xəbərdarlığı
19:41 06.10.2026
Gündəm
Məktəb direktoru onkoloji xəstəlikdən vəfat etdi
19:37 06.10.2026
Hadisə
Qadınlar kişilərdən daha çox ağrı hiss edir - ARAŞDIRMA
19:33 06.10.2026
Sağlamlıq
Yeni qatarlar Bakıda tıxacları azalda bilər - EKSPERT
19:27 06.10.2026
İnfrastruktur
Ayı qəbri qazaraq qadın meyitini apardı
19:15 06.10.2026
Hadisə
Ermənistan və Litva müdafiə sahəsində əməkdaşlıq edəcək
19:08 06.10.2026
Cənubi Qafqaz
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat