Qubada ağır qəza - Ölən var



Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonunun Zərdabi kəndi ərazisində qeydə alınıb.

Vüqar Talıbov idarə etdiyi şəxsi "Mercedes” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.