Qüdrət Həsənquliyev 8 min manat maaş istəyir: “Bu artım deyil ki...





Parlamentin bugünkü iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna deputatların maaşının artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev təklif verib. "Sherg.az" bildirir ki, Q.Həsənquliyev deyib ki, deputatlara 8 min manat maaş verilməlidir: 

"Düşünürəm ki, bu artım yetərli deyil. Ona görə ki, ölkədə devalvasiya baş verib, əmək haqqı vətəndaşların ləyaqətli həyatını təmin etməlidir. Dövlət qulluqçuları, ali hakimiyyət orqanlarının təmsilçiləri başqa qazanc və gəlirlər barədə düşünməməlidirlər. Hesab edirəm ki, əməkhaqqı ilə öz ailələrini layiqincə təmin etməlidirlər. Region ölkələrindən əməkhaqqına görə geri qalırıq”.
Q.Həsənquliyevin sözlərinə görə bəzi qonşu dövlətlərin deputatlarından az maaş alırlar: "Onlardan əməkhaqqımız bir neçə dəfə aşağıdır. Azərbaycan Prezident Administrasiyasının işçilərinin nə qədər maaş aldıqlarını bilmirəm, bu barədə məlumat verilsəydi, yaxşı olardı. Bizə verilən məlumata görə hətta orada şöbə müdirinin əmək haqqı Milli Məclisin rəhbərliyinin əmək haqqından yüksəkdir. Düşünürəm ki, spiker 10 min, deputat isə 8 min manat maaş almalıdır”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bu yanaşmanın yanlış olduğunu qeyd edib. O bildirib ki, Q.Həsənquliyevin dedikləri doğru deyil.

Anar