Qurdların saxladığı adam darıxır - FOTOLAR

“İnsanların içində yaşamaq bədbəxtçilikdir”
Qurdlarla birlikdə böyüyən Markos Rodrigez Pantoja, insanların yaşadığı həyatdan bədbəxtlik duyduğunu ifadə edərək, keçmiş həyatı üçün darıxdığını bildirir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, 1965-ci ildə 19 yaşında olarkən İspaniyanın Sierra Morena dağlarında qurdların yanında olan Marros Rodrigez Pantoja, "El Pais” qəzetinə danışıb. 7 yaşında həm anasını, həm də atasını itirdikdən sonra bir çobana verilən balaca Markos çobanın ölməsindən sonra 12 il qurdlarla birlikdə yaşayır. İndi Markos insanların yaşadığı dünyadan şikayətçidir. 72 yaşında olan adam, qurdlarla yaşamağı üçün darıxdığını söyləyir. Geri dönmək istəsə də, artıq digər insanlar kimi qorxduğu üçün bunu edə bilməyəcəyini bildirir. Ən xoşbəxt xatirələrini danışır. Dişi qurdun onu necə qidalandırdığını, yarasa, maral və ilanlarla eyni mağarada yatdığı zamanları ah çəkərək xatırlayır. Tapıldıqdan sonra həyatının kəlləmayallaq getdiyini ifadə edən Markos iş həyatında istismar edildiyini və digər insanların ona güldüyünü deyir.
Turan