"Quska" Kürdəxanı təcridxanasına aparıldı






Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.

Lent.az-ın məlumatına görə, bu barədə Trend-ə H.Abdullayevin vəkili Ruhid Əkbərov məlumat verib.

Vəkil qeyd edib ki, H.Abdullayev bu gün 1 saylı Bakı İstintaq Təcridxanasına təhvil verilib.


Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.


2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi