Ramilə Haqqının şeirlər kitabı işıq üzü gördü - "MƏNƏ ÜRƏYİNDƏN BİR OVUC QAR VER"

Ramilə Əfəndiyevanın (Haqqı) yeni şeirlər kitabı işıq üzü görüb. 
"Sherg.az" xəbər verir ki, "Mənə ürəyindən bir ovuç qar ver" adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış şeirləri yer alıb.
Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.
Şeirlərində Ramilə Haqqı vaxtı dayandırmağı, "təkcənəlik dünyası”nı, özünə "enib” keçmişi özündə vərəqləməyi xoşlayır. "Yarımçıq əlyazma”lar Ramilə Haqqının içindədir”.