Rauf Vəliyev dənizçilərin peşə bayramını təbrik edib
11:04 25.06.2021
Arxiv
762
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev 25 iyun “Dənizçi Günü” ilə bağlı dənizçiləri təbrik edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmi “Facebook” hesabında məlumat paylaşılıb.
Paylaşımda qeyd olunub:
“Sizi Prezidentimiz İlham Əliyevin 19 iyun 2014-cü il tarixli Sərəncamı ilə təsis edilən və bütün dəniz nəqliyyatı işçilərinə ərməğanı olan peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycanımızın tərəqqisi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.
Bu dəfə peşə bayramını xüsusi bir ovqatla – müdrik dövlət başçımızın böyük sərkərdəlik məharəti və yenilməz ordumuzun rəşadəti sayəsində qalib ölkənin dənizçiləri kimi qarşılayırıq.
ASCO-da ən yaxşı ənənələrdən biri peşə bayramını sanballı əmək nailiyyətləri ilə qarşılamaqdır. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, çoxminli kollektivimiz bu dəfə də peşə bayramını əliboş qarşılamır. Yükdaşımaların həcminin artırılması, ASCO-nun Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması, donanmalarımızın gəmiqayırmanın son nailiyyətləri əsasında inşa olunmuş gəmilərlə gücləndirilməsi, dənizçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bir çox mühüm addımlar həm də peşə bayramına töhfəmiz sayıla bilər.
Hörmətli dənizçilər, əminəm ki, gündən-günə çiçəklənən müstəqil Azərbaycanı qətiyyətlə daha xoşbəxt gələcəyə aparan dövlət başçımızın hər sahədə mütərəqqi siyasətini dəstəklədiyinizi bundan sonra da əməli işinizlə sübut edəcək, müqəddəs üçrəngli bayrağımızı yaxın-uzaq ölkələrin sularında böyük iftixarla dalğalandıracaq, yük daşınmasında, Xəzərdə neft və qaz istehsalında yüksək dəniz nəqliyyatı xidmətləri göstərilməsində çiyninizə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəksiniz.
Sizə aydın səma, uğurlu səfərlər arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
13:52 03.11.2026
Cəmiyyət
Mobil telefonlar da POS-terminal sayılacaq
13:45 03.11.2026
İqtisadiyyat
İrandan gözlənilməz açıqlama: Artıq nüvə silahımız da var
13:38 03.11.2026
Son dəqiqə