Regionda vəziyyət yenidən gərginləşə bilər
22:09 29.11.2017
Arxiv
759
Ermənilərin ərazilərimizdə hərbi təlimləri bir daha göstərir ki, işğalçı ölkə danışıqlar prosesinə sadiq deyil
Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal altında olan ərazilərində növbəti dəfə təlimlər keçirib. Ağdamın işğal altında olan Uzundərə ərazisində keçirilən təlimlərdə ağır artilleriya qurğuları və texnikalardan istifadə olunub. Atəş səsləri cəbhə boyu yaşayış məntəqələrində eşidilib. Bununla paralel Rusiyanın Ermənistandakı hərbi bazasının radioelektron mübarizə və pilotsuz uçan aparatlar hissəsinin hərbçiləri də təlimlərə başlayıblar.
Təlimlər zamanı mütəxəssislər dəniz səviyyəsindən azı 1500 metr yüksəklikdə "İnfauna”, "Zastava” və "Navodçik” tipli müasir komplekslərdən istifadə edərək 30-dan çox normativ icra ediblər. Təlimlərə 300-dən çox hərbçi və 50-dək xüsusi hərbi texnika cəlb edilib. Ekspertlərin fikrincə, düşmən Ermənistanın və onu himayə edən gücün təxribat məqsədli hərbi təlimləri cinayətkar Sarkisyan rejiminin sülhdən və danışıqlar prosesindən nə qədər uzaq olduğunu göstərir.
Prosesi "Şərq”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Qarabağ danışıqlarında Ermənistanın kompromissiz mövqe sərgiləməsi və Rusiyanın irəli sürdüyü həll variantları Azərbaycanın ərazi bütövlüyünü təhdid edir. Təbii ki, Azərbaycan Rusiyanın irəli sürdüyü həll variantlarını qəbul edə bilməz.
Buna görə də Qarabağ danışıqları növbəti dəfə nəticəsiz başa vurulur: "Ermənistanın Ağdamın Uzundərə adlanan ərazisində ağır artilleriyanın iştirakı ilə keçirdiyi hərbi təlimlər bir daha göstərir ki, işğalçı ölkə danışıqlar prosesinə sadiq deyil. Son proseslər bir daha təsdiq edir ki, işğalçı ölkə ilə yalnız güc dilində danışmaq lazımdır. Rusiyanın Ermənistan ərazisində keçirdiyi hərbi təlimlər də Azərbaycana qarşı yönəlib. Çünki danışıqların nəticəsiz başa vurulması Azərbaycanın hərbi gündəmi masaya gətirməsinə səbəb olub. Baş verənləri Ermənistan tərəfi də yaxşı anlayır. Ona görə də düşmən tərəf çalışır ki, hərbi təlimlər vasitəsi ilə Azərbaycana qarşı çəkindirici faktor formalaşdırsın. Şübhəsiz ki, Azərbaycan Ermənistanın bu hərbi təlimlərinə qarşı adekvat cavab vermək gücündədir”.
Analitik hesab edir ki, regionda vəziyyət yenidən gərginləşə bilər:
"Burada bütün günahlar Ermənistanın və onun müttəfiqi Rusiyanın üzərindədir. Ermənistan birinci dəfə deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirir. Lakin hərbi təlimlərin danışıqlar fonunda keçirilməsi bir daha təsdiq edir ki, Ermənistan sülh yolu ilə əraziləri qaytarmaq fikrində deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya