Sahibkar kənddə klub da tikdirə bilər, kitabxana da açar. Amma bütün bu işlərə dövlət nəzarəti lazımdır
Regionlarda idarəetməni təkmilləşdirmək lazımdır
09:09 28.11.2017
Arxiv
681
Sahibkarlığın inkişafı məhz ona görə lazımdır ki, yerli sahibkarlar bölgənin mədəni inkişafına dəstək verə bilsin
Sahibkar kənddə klub da tikdirə bilər, kitabxana da açar. Amma bütün bu işlərə dövlət nəzarəti lazımdır
Sahibkar kənddə klub da tikdirə bilər, kitabxana da açar. Amma bütün bu işlərə dövlət nəzarəti lazımdır
Bölgələrdə mədəni həyatın inkişaf etməsi üçün sahibkarların sayı çox olmalıdır. Bu fikir millət vəkili Fazil Mustafaya məxsusdur. Millət vəkili hesab edir ki, bölgələrdə sahibkarlıq subyektlərinin sayının çox olması ümumilikdə hər bir regionun həm iqtisadi, həm də mədəni inkişafını təmin edər. Bölgələrimizdə ali təhsil müəssisələrinin, futbol, voleybol, həndbol komandalarının yoxluğunun başlıca səbəbi də sahibkarların azlığı ilə bağlıdır. Hansı bölgədə sahibkarlıq inkişaf edirsə, orada mədəni həyat da yüksəlişdə olur.
Sabiq millət vəkili, iqtisadçı Nazim Bəydəmirli F.Mustafanın fikirlərinin əsaslı olduğunu dedi. "Şərq”ə açıqlamasında iqtisadçı bildirdi ki, bölgələrdə sahibkarlığın inkişafı bir neçə amillə bağlıdır:
- Əvvəla, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları gərək yerli xüsusiyyətlər nəzərə alınmaqla icra olunsun. Regionlarda tikinti, abadlıq və yenidənqurma işlərinə üstünlük verilir. Gəlir sahələrinin yaradılması isə arxa plana keçir. Şəmkir, Qazax, Tovuz biri-birinə yaxın bu üç rayonun hər birində idman kompleksləri tikilib.
Ancaq bu komplekslərə gedən yoxdur. Bu bölgələrdə ara məsafəsi 20 kilometr təşkil edən Müalicə Diaqnostika Mərkəzləri var. Hər birinin tikintisinə külli miqdarda vəsait sərf olunub. Amma insanlar müraciət etmir, çünki həkim yoxdur. Bölgələrin inkişafından söhbət gedirsə, ilk növbədə rayonlarda infrastruktur qurulmalıdır. Yollar, kommunikasiya xətləri, daimi elektrik enerjisi, daimi təbii qaz, suvarma resursları. Bunlar hamısı yerli əhali üçün əlçatan səviyyədə olmalıdır. Amma biz müxtəlif bölgələrdən məlumatlar alırıq ki, yerli əhali suvarma sistemlərindən istifadə edə bilmir.
Nəticədə əkin sahələrini suvara bilmir, məhsulları zay olur. Bölgənin maliyyə resurslarının da əhali üçün əlçatanlığı təmin edilməlidir. Regionlarda tikilmiş istehsal müəssisələri yerli xammalla təmin edilmədiyindən işləyə bilmir və bağlanmaq məcburiyyətində qalır. Yeni yaradılmış onlarla müəssisə var ki, xammal çatışmazlığı ucbatından bağlanıb, işləmir. Tutalım, hardasa bir soyuducu sexi tikirlər, yaxud süd sovxozu açılır.
Amma əvvəlcədən yerli xüsusiyyətlər öyrənilmir ki, bu soyuducu sexinə haradan məhsul gətiriləcək, ümumiyyətlə, gətiriləcəkmi? Eləcə də süd sovxozları. Sağmal heyvan təsərrüfatını durumu dəqiqləşdirilmədən süd zavodu tikirlər, amma özünü təmin edə bilmədiyindən işləmir. Sahibkar layihə hazırlayır, təqdim edir, işlətmək məqamı gələndə isə baxır ki, artıq buna vəsaiti qalmayıb. Sahibkarlığa Kömək Milli Fondu bu məsələlərdə gərək sahibkarlara kömək etsin.
N.Bəydəmirli regionlarda idmanın inkişafına kənd məktəblərindən başlanmalı olduğunu dedi:
- Bölgələrdə ən çox qarşımıza çıxan istirahət mərkəzləri, restoran, şadlıq evi, yeməkxanalar, internet klublardı. Amma kənd məktəblərinin idman zalları varmı? Məktəblilər idman zallarında vaxtlı-vaxtında, mütəmadi məşğul olurlarmı? Kənd kitabxanaları nə gündədi? Kənddə klub, teatr səhnəsi varmı? Mədəni həyatın göstəricisi məhz bunlardır? Bu mədəni obyektlər də kəndlərdə əhali sayına görə olmalıdır. Hər kənddə kinoteatr, teatr olmaya bilər.
Amma deyək ki, biri-birinə yaxın 2-3 kəndin bir kinoteatrı olmalıdır. Yerli camaat kənddən rayon mərkəzinə gəzməyə, istirahət parkına, ya da kinoya, teatra baxmağa gəlmək məcburiyyətindədirsə, deməli, kəndlərdə mədəni obyektlər yetərli sayda deyil. Eləcə də ali təhsil müəssisələri ilə bağlı vəziyyət dəyişməlidir. Niyə nəhəng Gəncəbasar bölgəsində tək bircə Gəncə Dövlət Universiteti fəaliyyət göstərir? Vaxtilə bir çox rayonlarda ali təhsil müəssisələri açılmışdı.
Ali təhsil müəssisələrini yalnız paytaxta cəmləyiriksə, bölgələrdə hansı mədəni inkişafdan danışa bilərik? Sahibkarlığın inkişafı da məhz ona görə lazımdır ki, yerli sahibkarlar bölgənin mədəni inkişafına dəstək verə bilsin. Sahibkar kənddə klub da tikdirə bilər, kitabxana da açar. Amma bütün bu işlərə dövlət nəzarəti lazımdır. Bələdiyyələrə də işləməyə imkan verilməlidir. Ümumiyyətlə, regional idarəetmənin təkmilləşməsinə ehtiyac var.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə