"Reina" terrorçusu İsrailə hərəkət edən karqo gəmilərində axtarılır






Yeni il gecəsi Türkiyənin İstanbul şəhərinin Ortaköy səmtində "Reina” gecə klubunda terror aktı törədən şəxsin axtarışları Egey dənizində də davam etdirilir.
Axar.az xəbər verir ki, terrorçunun yunan adalarına keçəcəyi ilə bağlı alınan məlumat əsasında Bodrum, Mərmərə və Datça sahillərində geniş təhlükəsizlik tədbirləri gücləndirlib.
İsrailə hərəkət edən karqo gəmilərində axtarışlar apardığı da bildirilib.

Xatırladaq ki, Yeni il gecəsi "Reina” klubuna baş verən hücum zamanı 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Həlak olanlardan 27-si turist olub.