Elməddin Muradlı: “Əxlaqsız qadınlar qrupu var ki, hərəsinin cibində 4 dənə jurnalist vəsiqəsi olur”
“Reket jurnalistikası”nı çiçəkləndirən amillər...
Vüqar Rəhimzadə: “Daxil olan şikayətlər əsasında da bəllidir ki, son günlər elektron media orqanlarında da saxtakarlıqların sayı artıb”
Elməddin Muradlı: “Əxlaqsız qadınlar qrupu var ki, hərəsinin cibində 4 dənə jurnalist vəsiqəsi olur”
Elməddin Muradlı: “Əxlaqsız qadınlar qrupu var ki, hərəsinin cibində 4 dənə jurnalist vəsiqəsi olur”
Azər Həsrət: "Dövlət strukturlarının bəziləri həmin reket jurnalistləri bəsləməklə məşğuldurlar”
Uzun illərdir müzakirə mövzusuna çevrilən "reket jurnalistikası”nın geniş yayılmasının səbəbləri
və ona qarşı mübarizə üsulları haqqında qəzet redaktorları müxtəlif fikirlər səsləndirir. "Reket
jurnalistikası” xofu ölkəmizdə elə sürətlə yayılıb ki, artıq vəzifəli şəxslər jurnalist görəndə
əllərini ciblərinə atmağa başlayırlar. Bunun qabağını almaq üçün Mətbuat Şurasının apardığı
mübarizə müəyyən təsirə malik olsa da, yetərli deyil. Çünki hər dəfə yeni siyahılar tərtib
olunduqca, yeni "reket göbələklər” yaranır. Bir çoxları isə Mətbuat Şurasının təzyiqlərinin
keçərli olmaması, reket jurnalistikaya qarşı daha ciddi mübarizə tədbirlərinin həyata
keçirilməsinin vacibliyini bildirir. Dəqiqlik, qərəzsizlik, vicdanlı olmaq, operativlik və sair bu
kimi şərtlər mətbuatda əsas prinsiplər sayılır.
Buna baxmayaraq heç də bütün jurnalistlər bu prinsiplərə əməl etmir. Məhz Mətbuat Şurasına
çoxlu sayda şikayətlər də "reket qəzetçilik”lə bağlı olur. Jurnalistlərin peşə davranışlarını
tənzimləmək üçün göstərilən səylər, verilən qərarlar, keçirilən "dəyirmi masa”lar əsasən "reket
jurnalistikası”na qarşı mübarizəyə həsr olunduğu üçün digər problemlər adətən ikinci planda
qalıb. Bu məsələ bəzən o qədər aktuallaşır ki, insanlar onun müzakirəsinə hətta həftələrlə vaxt
sərf etməli olur.
Əməkdar jurnalist Vüqar Rəhimzadənin sözlərinə görə, jurnalistikanın qaydalarını pozan və
mediaya xas olmayan xüsusiyyətləri özündə ehtiva edən dırnaqarası jurnalistlər var:
"Bu gün elektron media orqanları var ki, davamlı olaraq sistemli şəkildə peşə-davranış qaydalarını
pozurlar. Təkcə Mətbuat Şurasının deyil, cəmiyyətin bütün üzvləri belə hallara qarşı mübarizə
aparmalı və jurnalistikaya xələl gətirən insanlara qarşı öz fikirlərini və qətiyyətli mövqelərini
göstərməlidirlər. Şura yarandığı gündən bu məsələ ilə bağlı lazımlı tədbirlər görülür. Bildiyimiz
kimi, MŞ qeyri-dövlət təşkilatıdır və onun çıxardığı qərar da ictimai qınağa söykənir. Şurada
"Reket jurnalistikasına qarşı mübarizə” komissiyası fəaliyyət göstərir və bu komissiyanın da
qarşısında duran əsas məqsəd bu cür saxtakarlığın qarşısını almaqdır. İnsanları təhqir etmək,
onların şəxsi həyatına müdaxilə etmək yolverilməz bir haldı. Artıq belə saxtakar jurnalistlər çap
materiallarından elektron media orqanlarına keçiblər.
Hesab edirəm ki, MŞ lazımlı və davamlıtədbirlər görür. Bu tədbirlərin sayəsində kifayət qədər effektiv nəticə əldə olunur. Bu məsələ ilə bağlı bizim qərarlarımızın hüquqi əsası yoxdur . Yəni, onları cəzalandırmaq, hansısa bir ciddi inzibati tədbirlər görmək bizim işimiz deyil. Biz sadəcə jurnalistikaya xas olmayan və peşə qaydalarını sistemli şəkildə pozan media qurumları haqqında məlumat veririk. Hər bir vətəndaş belə hallara qarşı daim mübarizə aparmalıdır. İnsanların ailə həyatına müdaxilə etmək, şərəf və ləyaqətinə toxunmaq, həmçinin onların işgüzar nüfuzuna xələl gətirmək olmaz. Bunlar
yolverilməz bir haldır. Hər bir peşəkar jurnalist bunu bilir. Amma çox təəssüflər olsun ki, bu gün
Azərbaycanda jurnalist vəsiqəsi gəzdirən və jurnalistikaya heç bir aidiyyəti olmayan insanlar
mövcuddur. Belə "jurnalist”lər yalnız insanları qaralamaqla və onların ləyaqətini alçaltmaqla,
bütövlükdə öz çirkin niyyətlərinə çatmaqla fəaliyyətlərini davam etdirirlər”.
V.Rəhimzadə qeyd edib ki, reketliklə məşğul olan jurnalistlər yalnız paytaxtda deyil, həmçinin
regionlarda da mövcuddur: "Daxil olan şikayətlər əsasında da bəllidir ki, son günlər elektron
media orqanlarında da saxtakarlıqların sayı artıb. Çıxardığımız qərarlarla çalışırıq ki, bu cür
insanları düzgün yola dəvət edək. Bununla bağlı lazımlı tədbirlərimiz var. Artıq MŞ-nin qara
siyahısında 100-dən artıq media qurumunun adı var. Bir çox saytların fəaliyyətində kifayət qədər
qüsurlar da mövcuddur. Çünki saytlar ünvan və telefon nömrələrini, həm də hansı prinsip
əsasında fəaliyyət göstərdiklərini bildirmirlər. Bütün bunlara baxmayaraq perspektiv nəticələr
var. Hesab edirəm ki, əvvəlki illərə nisbətən kifayət qədər uğurlu nəticələr əldə olunub”.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı reket jurnalistlərin arxasında bəzi
məmurların dayandığını deyib:
"Belə insanlar həqiqətən də cəmiyyətimizdə qara ləkədir.
Təəssüflər olsun ki, onları şişirdən və ayaqda saxlayanlar da məmurlardı. Müxtəlif formalarda
onları qoruyurlar və yeri gələndə belə jurnalistləri hansısa bir məngənədən xilas edirlər. Ən pis
hal odur ki, həmin məmurlarla hansısa məclisdə oturanda savadlı bir jurnalistin adını çəkərkən
tanımırlar. Amma elə adamların, saytların, qəzetlərin adını çəkirlər ki, insan jurnalist olduğu
üçün lap xəcalət çəkir. Reketlik edən jurnalistlər öz qəzetlərində xüsusilə korrupsiya adlarını
istifadə edirlər. Korrupsiyaya qurşanmış məmurlar, bağça müdiri, məktəb direktoru, icra
nümayəndəsi bu cür korrupsiya ilə o qədər məşhurdur ki, korrupsiya qəzetinin adı gələndə istəristəməz canlarına qorxu düşür. Məclislərdə oturub "ayda 150 min manat qazanıram” deyib
sinəsinə vuran reket jurnalistlər var. Normal jurnalistika ilə məşğul olan adam da qələmi qoyur
və deyir ki, mən də belə işlərlə məşğul olum. Çox təəssüflər olsun ki, BDU-nun Jurnalistika
fakültəsində təhsil almış insanlar da yavaş-yavaş istiqamətlərini dəyişirlər. Reket saytlarında
reklam yoxdur, amma çox qazanırlar. İnsan təəssüflənir ki, ya biz axmaqıq, ya da onlar
fərasətlidir. MŞ reket jurnalistikasının kökünü tam kəsə bilmədi. Artıq bu reketlər o qədər
harınlayıblar ki, MŞ-nin üzərinə gedirlər, əleyhinə yazırlar, kampaniyalar yaradırlar”.
E.Muradlı bildirib ki, belə "jurnalist”lərin qol-qanad açmasına imkan verənlər məhz pis işlər
içində olanlardı:
"Məktəb direktorlarının otağına kamera qoysaq görərik ki, ay ərzində bir
məktəbə nə qədər reket jurnalistlər gəlir. Hüquq-mühafizə orqanları bunu görmür? Bu elə də
çətin iş deyil, sadəcə buna ciddi əməl eləmək lazımdı. Əxlaqsız qadınlar qrupu var ki, hərəsinin
cibində 4 dənə jurnalist vəsiqəsi olur. İnsan belə halları görəndə xəcalət çəkir. Amma çox təəssüf
ki, belə insanlara daha çox hörmət edirlər və onları tanıyan çoxdu. Reket saytları, jurnalistləri
qoruyanlar qorxaq və çirkab içində olan dövlət qurumlarıdı. Bunu yalnız jurnalistikanın yox,
bütün cəmiyyətin bəlası hesab eləmək lazımdı”.
Nə qədər tədbirlər görülsə də, problemin kökündən həll oluna bilmədiyini deyən Əməkdar
jurnalist Azər Həsrət jurnalistikadan sui-istifadə edənlərin mütləq şəkildə cəzalandırılmasını
bildirib:
"Belə xoşagəlməz insanların mövcudluğu MŞ-nin narahat olduğu amillərdən biridir.
Şura ictimai bir qurumdur və qınaqdan uzağa gedə bilmir. Bəzən olurdu ki, MŞ-nin reket
komissiyası konkret faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Yəni elə hallar
olurdu ki, burada cinayət tərkibi var və prokurorluq orqanları bu işlə məşğuldur. Lakin bu
problemin tam olaraq aradan qaldırılması mümkün olmur. Çünki biz bir tərəfdən jurnalistikadan
istifadə edənləri tənqid edib tədbirlər görürüksə, digər tərəfdən həmin adamların əl-ayağının
yığışdırılmasında müvafiq dövlət strukturlarının da bizimlə birgə olmasını arzu edirik. Çox
zaman dövlət strukturları bu addımı atmırlar. Bir qayda olaraq dövlət strukturlarının bəzilərihəmin reket jurnalistləri bəsləməklə məşğuldurlar. Yəni o jurnalistlərin arxalandığı adamlar olur.
Yaxud da reket jurnalistlər konkret faktlarla bağlı hansısa məmurları şantaj edirlər. Şantajdan
qorxan dövlət qurumlarının rəhbərləri həmin adamlara bir miqdar rüşvət verməklə canlarını
qurtarırlar. Hansısa vəzifə sahiblərinə dəfələrlə çağırışlar edirik ki, belə bir addım atmasınlar.
Amma bir çox vəzifə sahibləri bizim bu çağırışlarımıza əməl etmirlər. Elə bir zamanda müraciət
edirlər ki, artıq iş-işdən keçmiş olur. Problemin mahiyyəti bundan ibarətdir ki, rüşvət verən
olmasa, həmin şəxslər jurnalistikadan sui-istifadə edə bilməzlər. Ölkəmizdə hələ də vəzifə
başında olan məmurlar var ki, o adamlar sadəcə olaraq öz işlərini normal qura bilmədiklərinə
görə, reketlərin əl-ayaq açmasına imkan yaradırlar. Biz də MŞ olaraq reketlərə qarşı mübarizədə
bəzən istədiyimiz uğurları əldə edə bilmirik".
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyi ilə hazırlanıb