
RƏŞAD DOKTOR, BOŞ VERİN
11:54 20.02.2019
Arxiv
678
Aqil ABBAS

(Doktor Əzrayılla vuruşduğuna görə sizlərə vaxt ayırmaq istəmir)
Rəşad Mahmudov! Bu adı eşitməyən, bilməyən yoxdu. Hətta şöhrəti Azərbaycandan kənarda da geniş yayılıb. Xalqımızın ən görkəmli və ən məşhur cərrahlarından biridir, ürək cərrahı kimi isə birincilərdən biridir və bəlkə də elə birincidir. Gəncdi, həddindən artıq sadə, səmimi və çox istiqanlı bir həkimdi.

Vaxtilə uzun illər bundan öncə professor Əhliman Əmiraslanov haqqında bir yazı qələmə almışdım, gərək ki adı belə idi: «Əzrayılla vuruşan oğlan». Hər oğulun hünəri deyil Əzrayılla çarpışa və Əzrayıla qalib gələ. Əhliman müəllim Əzrayılla vuruşub yüzlərlə insanı onun əlindən alıb. Və bu gün də Əzrayılla vuruşur.
Rəşad Mahmudov da Əhliman müəllim kimi Əzrayılla vuruşan, çarpışan bir həkimdir, o da yüzlərlə insanı Əzrayılın pəncəsindən qoparıb həyata qaytarıb. Və müqəddəs işini yenə də davam etdirir.
Həyata qaytardıqlarından biri elə bizim redaksiyada işləyir, məşhur jurnalistdi: Məzahir Əhmədoğlu. Bir on il bundan əvvəl az qala onun ölüsünü gətirmişdilər Rəşad doktorun yanına. Məzahir bu gün də yazır, yaradır, ailəsinin və dostlarının arasındadı.
Rəşad doktorla şəxsi tanışlığım onun Milli Məclisə deputat seçilməsindən sonra başlayıb. Çox intellektual bir adam kimi ədəbiyyat, tarix, incəsənət sahəsi ilə bağlı söhbətlərimiz də çox yaxşı tutur. Əslində tibb də bir incə sənətdir. Xüsusilə də ürək cərrahlığı.
Mənim Rəşad doktor haqqında oçerk yazmaq fikrim yoxdu. Bəlkə haçansa yazdım. Məni narahat edən başqa bir məsələdi. Zaman-zaman Azərbaycanı dünyada tanıdan bu cərrah haqqında saytlarda və sosial şəbəkələrdə böhtanlar atılır, ləkələr atılır, nüfuzuna xələl gətirə biləcək qeybət xarakterli yazılar gedir. Doktor adətən belə məsələlərə çox soyuqqanlı yanaşır. Bəzən Milli Məclisdə dostlar deyir ki, həkim, niyə onlara cavab vermirsən, məhkəməyə vermirsən? Cavabı çox qısa olur:
- Onları məhkəməyə verib itirəcəyim vaxtda bir insanı ölümdən xilas edərəm.
Və çox vaxt onu öz sahəsində ya hansısa həkimlə, ya da nüfuzlu bir dövlət məmuru ilə üz-üzə qoymağa çalışırlar .
Bu günlərdə saytların birində yenə həqiqətdən çox uzaq olan bir məsələni gündəmə gətiriblər və paylaşıblar. Guya Rəşad doktor səhiyyə naziri Oqtay Şirəliyevin kreslosuna göz dikib, buna çalışır. Oqtay müəllimi işdən çıxarıb onun yerinə Rəşad Mahmudovu qoyacaqlar.
Tamamilə absurd bir fikirdi. İki görkəmli şəxsi qarşı-qarşıya qoymaqdan, bir-birinə incik salmaqdan başqa bir şey deyil.
Əvvəla, Oqtay müəllim öz yerində layiqincə vəzifə borcunu yerinə yetirir. Onun gəlişindən sonra səhiyyədə çox böyük islahatlar gedib və gedir. Az qala Azərbaycanın hər bir rayonunda Avropa standartlarına uyğun xəstəxanalar tikilib və fəaliyyət göstərir, bölgələrdə ən ağır cərrahiyyə əməliyyatları, eləcə də ürək əməliyyatları keçirilir və sair və ilaxır. Demirəm səhiyyə sistemində güllük-gülüstanlıqdı, xirtdəyəcən problem də var. Və bu problemin həlli üçün də dövlət səviyyəsində işlər görülür.
İkincisi, təbii ki, heç bir vəzifə əbədi deyil. Oqtay müəllim də bir gün vəzifədən gedə bilər, onun yerinə səhiyyəni bilən başqa bir məmur gələ bilər. Bu, Möhtərəm Prezidentin müstəsna səlahiyyətinə aiddir. Bu məsələ yazı-pozu ilə, kimlərinsə mübarizəsilə həll edilmir.
Nəhayət, Rəşad doktor hətta yalvarsalar belə, səhiyyə naziri postuna getməz. Çünki Allah onu məmur yaratmayıb, Allah onu insanları ölümün pəncəsindən xilas etmək missiyası ilə göndərib Yer üzünə. Və o da Allahın onun üzərinə qoyduğu missiyanı çox yüksək səviyyədə, ləyaqətlə yerinə yetirir. Bir daha qeyd edirəm, onun missiyası Əzrayılla vuruşmaqdı! O da vuruşur və hələ ki qalib gəlir. Və yəqin bütün ömrü boyu qalib gələcək. Allah təkcə öz mələyi olduğuna görə Əzrayılı sevmir, həm də üzərinə missiya qoyub Yer üzünə göndərdiyi seçilmiş insanları da sevir.
Dilxor olma, Rəşad doktor, sən Allah tərəfindən seçilmiş insanlardansan.
Dəyməyin Allah tərəfindən seçilmişlərə!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya