Rəşad Sadıqov oynamayacaq




Milli komandamızın kapitanı Rəşad Sadıqovun DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə oyunda meydana çıxmayacağı dəqiqləşib.

AzVision.az-ın məlumatına görə, zədəsi ciddi olan müdafiəçimiz bu oyunda meydana çıxmayacaq.

Qeyd edək ki, sabah Belfastda keçiriləcək Şimali İrlandiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.