Rəşad Sadıqovdan gözləntilər...

Mahir Rüstəmli: "Komandada intizamın yaranmasını görə bilərik. Növbəti illərdə daha yaxşı nəticənin əldə olunmasına imkan formalaşacaq”





"Rəşad Sadıqov həm futbolçu keçmişi, həm də "Qarabağ”dakı işi ilə potensialını nümayiş etdirib”.

Bunu "Sherg.az”a Rəşad Sadıqovun U-20 və U-21 millisinə "Qarabağ”ın kapitanı, eləcə də klubun U-19 komandasının baş məşqçisi təyin edilməsindən danışarkən AFFA yanında Media Komitəsinin sədri, "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli deyib. 

O qeyd edib ki, bu təyinatda qeyri-adi məqam yoxdur:

"Rəşad Sadıqovun uzun illər çiyin-çiyinə çalışdığı Qurban Qurbanov yığmanın baş məşqçisi olubsa, onun güvəndiyi şəxs U-20 və U-21-in sükanı arxasına keçməli idi. Bu komandanın nəticələri hədsiz utandırıcıdır. Komandanın daxilində indiyə qədər çox söz- söhbət dolaşırdı. Rəşad Sadıqovun təyin olunması bütün bunlara da son qoyacaq. Komandada intizamın yaranmasını görə bilərik. Növbəti illərdə daha yaxşı nəticənin əldə olunmasına imkan formalaşacaq”.

Qeyd edək ki, bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib. Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

Aysel Aslan