Roma Papasının Birləşmiş Ərəb Əmirliklərinə səfəri başlayıb - İLK DƏFƏ




Roma Papası Fransiskin bu gün Birləşmiş Ərəb Əmirliklərinə ilk səfəri başlayıb. Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək.

Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.