Rövşən Rzayev yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərlə görüşüb
11:09 08.08.2018
Arxiv
836
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Binəqədi rayonunda tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.
Dövlət Komitəsindən "Sherg.az”a verilən məlumata görə, görüşdə yarımtikililərdə məskunlaşmış məcburi köçkünlər problemləri ilə bağlı R.Rzayevə müraciət edib, üzləşdikləri çətinliklərlə əlaqədar məlumat veriblər.
Sədr onları dinləyib, suallarını cavablandırıb, müraciətlərinə baxılacağını və mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcəyini bildirib.
Qeyd edilib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər onların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatələndiyinin göstəricisidir. Birinci vitse-prezident Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinin həllinə həssaslıqla yanaşır, həyata keçirilən işləri daim diqqətdə saxlayır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan siyasətin nəticəsidir ki, bu gün ölkədə bir dənə də olsa çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər bütün lazımi infrastrukturla təmin edilmiş qəsəbə və məhəllələrdə yeni, müasir mənzillərə köçürülür.
Görüşdə iştirak edən məcburi köçkünlərin müraciətləri qeydə alınıb.
Dövlət Komitəsinin sədri görüşdə qaldırılmış məsələlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verib.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm