Ruhani: “Qarabağın yenidənqurma prosesində iştirak etməyə hazırıq”
16:27 09.12.2020
Arxiv
394
İran Prezidenti Həsən Ruhani rəsmi səfəri çərçivəsində Tehranda olan Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə görüşüb.
“Mehr” agentliyi xəbər verir ki, görüşdə Ruhani qardaş ölkə Azərbaycanla əlaqələrin çox yaxşı və İranın qarşılıqlı əlaqələri inkişaf etdirmək üçün güclü bir iradəyə sahib olduğunu bildirib.
Dağlıq Qarabağ böhranına toxunan Ruhani qeyd edib ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistanla Azərbaycan arasında müharibənin bitməsindən, işğal olunmuş Azərbaycan ərazilərinin azad edilməsindən və atəşkəsin əldə olunmasından məmnundur.
İran İslam Respublikasının Dağlıq Qarabağ bölgəsindəki münaqişəni dayandırmaq üçün Rusiya, Azərbaycan və Ermənistana xüsusi nümayəndə heyəti göndərdiyini xatırladan Ruhani “İki ölkə arasında atəşkəsin gücləndirilməsində və bölgədə sabitliyin təmin olunmasında konstruktiv rol oynamağa hazırıq”, - deyə bildirib.
“İran Azərbaycanın işğaldan azad edilmiş bölgələrinin yenidənqurulma prosesində iştirak etməyə hazırdır”.
İran-Azərbaycan sərhədlərinin iqtisadi və ticari əməkdaşlığı inkişaf etdirmək üçün istifadə olunmalı olduğunu deyən Ruhani iki ölkə arasındakı dəmir yolu layihələrinin sürətləndirilməli olduğunu da vurğulayıb.
Görüşdə Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirdiyini deyib:
“Biz İranı yaxşı bir dost və qonşu ölkə olaraq görürük. Azərbaycan Prezidenti və digər rəsmi şəxslər İranla yaxın münasibətləri inkişaf etdirmək üçün ciddi bir iradəyə sahibdirlər”.
Ceyhun Bayramov Azərbaycan-İran sərhədlərini “dostluq və inkişaf sərhədi” olaraq xarakterizə edərək, “Bu sərhədlərin canlanmasının iki ölkə üçün yeni əməkdaşlıq layihələri yarada biləcəyinə inanırıq”, - deyə bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya