Runi millidən ayrıldı

31 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib



İngiltərə millisinin futbolçusu Ueyn Runi zədələnib. Britaniya mətbuatının yaydığı xəbərə görə, komandasının son məşqini buraxan 31 yaşlı hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib.

Buna görə o, millinin düşərgəsini tərk edib. Beləliklə, Runi İspaniya ilə yoldaşlıq görüşünü buraxacaq. Qeyd edək ki, İngiltərə - İspaniya oyunu bu gecə keçiriləcək.