Rusiya Azərbaycanı tələyə sala bilər- TƏCİLİ

Fazil Mustafa: "Çünki Moskva İrəvanın hərbi gücünün artırılması siyasətini yürüdür"


Rusiya Ermənistana silahları havayı verir, Azərbaycana isə dəyərindən baha satacaq.

BunuSherg.az-a Azərbaycanın "İsgəndər” raketləri alması xəbərinə münasibət bildirərkən millət vəkili Fazil Mustafa deyib.
 Deputat bildirib ki, Rusiya sadəcə satıcıdır, Azərbaycan da başqa dövlətlər də ondan silah ala bilər: 

"Lakin Rusiya Ermənistana silahları satmır, havayı verir. Azərbaycana isə əksinə pulla satmağı nəzərdə tutur. Biz düşünməliyik ki, İrəvana rəğbəti olan dövlətin hər iki tərəfin hərbi güc balansının saxlanmasında marağı olacaqmı? Bu mənada Rusiya Azərbaycanı tələyə sala bilər. Çünki Moskva Ermənistanın hərbi gücünün artırılması siyasətini yürüdür. Rusiya işğalçı dövlətə etdiyi güzəştləri Azərbaycana etməyəcək”.

F.Mustafa əlavə edib ki, ümumi olaraq daha yaxşı texnoloji hərbi irəliləyişi olan ölkələrdən hərbi sursatlar almaq, texnoloji silahları artırmaq Azərbaycan üçün daha effektiv nəticə verə bilər.

Qeyd edək ki, millət vəkili Rasim Musabəyov açıqlamasında Azərbaycanın Rusiyadan "İsgəndər" raketi ala biləcəyini istisna etməyib.

Aysel Aslan