Rusiya dron əleyhinə silah yaratdı
09:06 23.08.2017
Arxiv
827
Rusiya Müdafiə Nazirliyinin "Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzi pilotsuz uçan aparatlarla mübarizə üçün nəzərdə tutulmuş elektromaqnit silah yaradıb.
İKT.lent.az-ın TASS-a istinadən verdiyi məlumata görə, "Stupor” adlanan silahın nümunəsi "Armiya-2017” forumu çərçivəsində təqdim edilib.
Silah yer və su səthləri üzərində istifadə olunan pilotsuz uçuş aparatlarının, o cümlədən kopter tipli cihazların zərərsizləşdirilməsində istifadə olunacaq.
"Robototexnika” Baş Elmi-Araşdırma Təhlil Mərkəzinin nümayəndələri bildiriblər ki, "Stupor” dronların idarəetmə kanalının elektromaqnit impulslarını "vurur”, nəticədə operatorla əlaqəsi itən aparat yerə düşür. "Stupor”un təsir sferası 20 dərəcəli sektorda 2 kilometr təşkil edir. Bundan başqa, kompleks pilotsuz uçan aparatların ötürücülük və naviqasiya kanallarını dəf etmək gücündədir və onların optik-elektron diapazonda foto-video kameralarını da yararsız hala gətirir. "Silah”ın enerji ilə təchizatı həm şəbəkədən, həm də avtomobil akkumulyatoru vasitəsilə həyata keçirilə bilər.
Qeyd edək ki, "Stupor” ilk belə cihaz deyil. 2015-ci ildə ABŞ-ın Ohayo ştatının Battel Memorial İnstitutunun araşdırmaçıları "Drone Defender” adlanan və pilotsuz uçan aparatlarını məcburi enişə vadar etməyi bacaran tüfəngə bənzəyən cihaz təqdim ediblər. Ötən ilin may ayında ABŞ Müdafiə Nazirliyi və Daxili Təhlükəsizlik Nazirliyi 100 ədəd dron əleyhinə "Drone Defender” tüfəngi alıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol