Rusiya Ermənistana icazə verməyib
21:14 05.09.2017
Arxiv
400
“NATO təlimlərində rəsmi Bakının iştirakı doğru addımdır”
Ermənistan ötən gün Gürcüstanda start götürən çoxmillətli "Çevik ruh 2017” çoxmillətli hərbi təlimlərində iştirakdan imtina edib. Xəbərə görə, Ermənistan silahlı qüvvələrinin nümayəndələri tədbirin açılış mərasiminə qatılmayıblar.
Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan məsələ ilə bağlı şərh verməkdən imtina edib. Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək təlimlərdə Gürcüstan, ABŞ, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Azərbaycan hərbçiləri iştirak edəcək. Təlimlərin keçirilməsində məqsəd ABŞ qüvvələri ilə NATO-nun üzv və tərəfdaş ölkələrinin hərbçiləri arasında qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, müdafiə və hücum əməliyyatları üzrə biliklərin artırılması və regionda təhlükəsizliyin təmin olunmasıdır.
Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib ki, bir sıra ekspertlər Ermənistanın NATO-nun Gürcüstanda keçiriləcək təlimlərə qatılacağını iddia edərək bundan "uzaqgedən” nəticələr çıxartmışdılar:
"Mətbuatda "Ermənistan Rusiyadan üz döndərir”, "Ermənistan Qərblə əməkdaşlığa üstünlük verir” kimi başlıqlara rast gəldim. Mən vurğuladım ki, Ermənistanın NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirakından böyük nəticələr çıxarmaq lazım deyil. İrəvan bu təlimlərdə iştiraka görə, Moskvadan icazə almalıdır. Ermənistan tamamilə Rusiyadan asılı olduğu üçün Kremlin maraqlarına zidd addım ata bilməz. Ermənistan hakimiyyətinin son anda Gürcüstandakı hərbi təlimlərindən imtina etməsi və səbəbini izah etməməsi dediklərimi sübut edir. Əslində səbəb aydındır. Moskva bu dəfə də Ermənistana təlimlərə qatılmağı qadağan edib. Tbilisidən verilən məlumata görə, NATO-nun təlimlərində bir sıra dövlətlərlə yanaşı, Azərbaycan da iştirak edəcək. Əgər bu xəbər təsdiqini taparsa, rəsmi Bakının doğru addım atdığını vurğulamaq istəyirəm. Ermənistandan fərqli olaraq, biz kimsənin diktəsinə baş əyməməliyik və maraqlarımıza uyğun hərəkət etməliyik”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ bu ölkədə üçtərəfli görüş təklif etdi - Zelenski
16:35 25.09.2026
Dünya
Baş nazir və ailə üzvləri ölümlə hədələndi
16:21 25.09.2026
Dünya
İran nə hərb, nə də sülh vəziyyətində qalacaq - ŞƏRH
15:53 25.09.2026
Gündəm
“Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı
15:39 25.09.2026
Futbol
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik edib
15:37 25.09.2026
Gündəm
Sel təhlükəsinə dair tədbirlər keçirilib
14:59 25.09.2026
Aktual
Türkiyə lideri: İranın daxili işlərinə qarışmaq olmaz
14:43 25.09.2026
Gündəm
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman