"Rusiya gözlədiyimiz ədalətli mövqeyə əvvəl-axır gələcək” - Millət vəkili






"Rusiya böyük dövlətdir, bölgədə də böyük maraqları var”.

Bu barədə "Sherg.az”a Rusiyanın Azərbaycanla bağlı mövqeyinə münasibət bildirərkən millət vəkili Rövşən Rzayev danışıb. 

O diqqətə çatdırıb ki, Rusiya Azərbaycanın strateji tərəfdarıdır:

"Kremlin regionda böyük marağı olduğuna görə, müxtəlif mənada iş birlikləri mövcuddur. Rusiya Minsk qrupunun üzvüdür, eyni zamanda həmsədr dövlətdir. Əslində rəsmi Moskvanın Azərbaycan haqqında müsbət mövqedə olması bizim üçün çox önəmlidir. Rusiya gözlədiyimiz ədalətli mövqeyə əvvəl-axır gələcək”.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin Azərbaycanla etibarlı əlaqələr qurduğunu bəyan edib. Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətlərə öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi baxır.

Aysel Aslan