"Rusiya, Gürcüstan, Türkiyə və Almaniya təmsilçiləri seçki prosesini izləyiblər" - Pozuntu yoxdur

15 saylı Yasamal I seçki dairəsinin 31 saylı seçki məntəqəsində 710 seçici səs verib.
Bu barədə "Sherg.az"a seçki məntəqəsinin sədri Asif Quliyev məlumat verib. O bildirib ki, saat 15:00-a qədər seçicilərin aktivliyi yüksəkdir:
"Məntəqəmizdə 1386 seçici qeydiyyatdadır. 3 nəfər seçicimiz üçün səyyar seçki qutuları təşkil olunub. Bu seçicilərimizin müraciəti əsasında daşınan qutular evlərə göndərilib".
A.Quliyev onu da əlavə edib ki, seçki prosesini yerli və xarici müşahidəçilər  izləyir:
"İndiyə qədər televiziya çəkilişləri, canlı yayımlar da aparılıb. Xarici müşahidəçilərdən Rusiya Duması deputatları, Gürcüstan, Türkiyə və Almaniya təmsilçiləri seçki prosesini izləyib. Bu saata qədər heç bir qayda pozuntusu qeydə alınmayıb".
Qeyd edək ki, vətəndaşlar bu gün axşam 20:00-a qədər qeydiyyatda olduqları seçki məntəqələrinə gələrək seçkilərdə iştirak edə bilərlər.
Aysel Aslan