Rusiya hərbi təyyarəsi qəzaya uğradı - 2 pilot ölüb




Rusiya Hərbi Hava Qüvvələrinə məxsus "Su-30 M” hücum təyyarəsi Aralıq dənizi üzərində qəzaya uğrayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya Müdafiə Nazirliyi qəza nəticəsində hər iki pilotun öldüyünü açıqlayıb.
İlkin versiyaya əsasən qəzaya təyyarənin mühərrikinə quş sürüsünün daxil olması səbəb ola bilər.