Rusiya qorxulu silahlar üçün “əbədi” reaktor yaratdı
08:40 07.08.2018
Arxiv
978
Rusiyada sualtı gəmilərin bütün istismar müddətinə kifayət edəcək atom reaktorunun aktiv zonası uğurla sınaqdan keçirilib.
Modern.az "Ria Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə "Afrikantov adına Təcrübəli Maşınqayırma Dizayn Bürosu”nun keçən ilə aid hesabatında bildirilir.
Aktiv zonanı reaktorun yanacağının yerləşdiyi və zəncirvari parçalanma proseslərinin getdiyi əsas elementi, yəni, "ürəyi” adlandırılar.
Hesabatda bu cür reaktorların dördüncü nəsil atom sualtı gəmilərində uğurlu sınaqları və gələcəkdə bu mühərriklərə əsaslanan yeni layihələr üçün böyük üstünlüklər vəd etdiyi qeyd edilir.
Şimal donanmasının keçmiş komandanı admiral Vyaçeslav Papov gəminin yanacaq doldurma prosesini "bir nömrəli əməliyyat” adlandırır. Onun sözlərinə görə bu proses 1 aya kimi çəkir ki, bu müddət ərzində donanmanın döyüş gücü ən azı bir vahid azalır.
"Bu cür reaktorla isə sualtı gəmilərin istifadə göstəricisi dəfələrlə yüksəlir” – Papov qeyd edib.
Yəni bu yenilik Rusiyaya bütün donanmasını kəsintisiz istifadə etmək imkanı verəcək.
Donanmada, əsasən də atom sualtı gəmiləri üçün bu cür üstünlük dənizlərdə rəqib üzərində böyük təsir göstərəcəyi aydındır.
Belə ki, 2018-ci ilin göstəricilərinə görə Rusiya və ABŞ-ın donanma güclərini müqayisə etsək, görərik ki, birinci sualtı gəmilərinin sayına görə üstünlüyə malikdir (Rusiya 72, ABŞ 63).
Bu yeni texnologiya isə Rusiyanın sualtındakı gücünü bir az da möhkəmlədə və rəqib üzərində böyük üstünlük sahibi olmağa imkan verəcək.
Qeyd edək ki, "Afrikantov adına Təcrübəli Maşınqayırma Dizayn Bürosu” Rusiya donanması üçün nüvə reaktorlarının aktiv zonalarının hazırlanması ilə məşğuldur. Bu layihə Rusiya prezidenti Vladimir Putinin martda qeyd etdiyi və reallaşdırılan "fantastik layihə”lərindən biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Qalib gəlsək, İlon Maskı qoruyacağıq
22:43 02.11.2026
Aktual
Göygöldə evdən kişi meyiti tapılıb
22:26 02.11.2026
Hadisə
Sabah Mingəçevirdə işıq olmayacaq
22:10 02.11.2026
Cəmiyyət
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya