Rusiya XİN-dən Trampa cavab: "Ağıllı raketlər terrorçular tərəfə uçmalıdır"
12:24 11.04.2018
Arxiv
616
"Ağıllı raketlər bir neçə ildir öz ərazisində beynəlxalq terrorçuluqla mübarizə aparan qanuni hökumətə deyil, terrorçular tərəfə uçmalıdır".
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" səhifəsində yazıb.
"Bəs, görəsən Kimyəvi Sİlahların Qadağan Olunması Təşkilatının müfəttişlərini xəbərdar ediblərmi ki, indi ağıllı raketlər kimyəvi silahın tətbiq olunduğuna dair yerdəki bütün sübutları məhv edəcək? Bəlkə bütün düşüncə elə ondan ibarətdir ki, provokasiyanın bütün izlərini ağıllı raket zərbələri ilə silsinlər və beynəlxalq müfəttişlərin sübut qismində nəsə axtarmasına ehtiyac qalmasın?" - deyə M. Zaxarova bildirib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp "Twitter"də dünyada sensasiya doğuran qeyd paylaşıb. "Rusiya Suriyaya doğru buraxılan bütün raketləri vuracağını vəd edir. Hazırlaş, Rusiya, raketlər gəlir - yaxşı, yeni, "ağıllı" raketlər", - deyə o, yazıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm