Rusiyada polis gözəlik yarışı...

Görüntüləriylə modellərdən geri qalmayan polislərin şəkilləri mətbuata da sızdı
Rusiyada Polis Günü daxilində ölkənin ən gözəl polisini seçmək üçün yarışma təşkil olunub. Çox sayda müraciətin edildiyi yarışmanın məqsədi isə qadınların gözəl olmaları ilə bərabər, güclü olmalarını da  göstərməkdir. Rusyada 10 noyabrdakı Polis Günü çərçivəsində başladılan Polis Gözəlik yarışına bütün ölkədən müraciətlər yağdı. Müraciət edən qadın polislər gözəllikləriylə ovsunlayır. 
Görüntüləriylə modellərdən geri qalmayan polislərin şəkilləri mətbuata da sızdı. Moskovadan Viktorya Krivoşeva forması ilə poza verdi. ?Yarışmaya qatılan digər adlar arasında isə Nijnıy Novqoroddan İrina Lebedeva, İnna Neçayeva, Kristina Luneva, Volqoqraddan Karina Kuznetsova, Voronejdən Anna Serqeeva, Moskovadan Elizaveta Kadetova olduğu ifadə edilir.  Qiymətləndirmə müddəti davam edir, münsiflər hələ qazanan adı açıqlamayıb.