Rusiyalı deputatlar Azərbaycana gəldi: cəbhə bölgəsində toplantı keçirilir




Rusiya siyasi elitasının məşhur nümayəndələri, Dövlət Dumasının deputatları Cəbrayıl rayonunun 2016-cı ilin aprel müharibəsində işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gəliblər.

Bu barədə virtualaz.org Cocuq Mərcanlıdan xəbər verir.

Qonaqları hüquqi məsələlər və dövlət quruculuğu komitəsinin sədri, Rusiya-Azərbaycan parlamentlərarası qrupunun rəhbəri Əli Hüseynli müşayiət edir. Virtualaz.org-un daha öncə xəbər verdiyi kimi, bu dəqiqələrdə "Moskva-Bakı geosiyasi oxu” ictimai platforması çərçivəsində təşkil olunan "Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” ikinci konfransı işinə başlayır.