Rusiyalı politoloq: "Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur"
20:22 09.07.2019
Arxiv
347
Beynəlxalq ictimaiyyət Ermənsitan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini uzatmağı üstün tutur.
"Sherg.az" Trend-ə istinadən bildirir ki, bunu Azernews-a müsahibəsində rusiyalı siyasi ekspert Denis Korkodinov deyib.
Ekspert bildirib ki, Azərbaycan və Ermənistan danışıqlar aparmaqla yanaşı, bu mübahisədə tam əks mövqelərdə dayanıb:
"Əgər Bakı öz ərazi bütövlüyünün bərpasını tələb edirsə, Yerevan öz mövqeyini "qədim erməni hüququ" deyə tamamilə abstrakt təsəvvürlərlə izah edir. Beləliklə, erməni qoşunlarının Qarabağ ərazisindən dərhal çıxarılması barədə beynəlxalq normaların formalaşdırdığı şüurluluq meyarları Ermənistan tərəfi üçün zəruri xarakter daşımır, bu isə əksər vaxtlarda münaqişənin gərginləşməsinə gətirib çıxarır. Bu vəziyyətdə beynəlxalq ictimaiyyət qəti sözünü deməli olduğu halda, belə görünür ki, münaqişəni uzatmağa üstünlük verməklə, problemi həll etməyə tələsmir".
Politoloqun sözlərinə görə, danışıqlar prosesində Bakının dəstəklədiyi əsas prinsiplərdən biri Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır:
"Amma Yerevan bu prinsipin reallaşmasına hazır deyil və hesab edir ki, Dağlıq Qarabağ potensial Azərbaycan təcavüzünün qarşısının alınması məqsədilə yaradılmış erməni limitrofudur. Ermənistan tərəfinin bu iddiası əsassızdır, çünki Dağlıq Qarabağla bağlı təcavüzün mənbəyi hər zaman Ermənistan özü olub. Danışıqlar açıq şəkildə göstərdi ki, 25 il ərzində münaqişənin uzanmasının səbəbi Bakının danışıqlara hazır olması, Yerevanın isə olmamasıdır".
Politoloq əlavə edib ki, Ermənistan tərəfi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimə danışıqlar prosesinin iştirakçısı statusu vermək istəyir:
"Amma bu mövqe yanlışdır, çünki Bakı ilə Yerevan arasında münaqişə ikitərəflidir və üçüncü tərəfiin iştirakı prinsipcə nəzərdə tutulmayıb".
Ekspert vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminə hazırda əməl olunmur, bu isə yeni regional gərginlik dalğası üçün əsas verir:
"Eyni zamanda, rəsmi Bakı beynəlxalq razılaşmalara, o cümlədən Düşənbədə qəbul olunan normalar sadiq qalmağa çalışır. Yerevan isə münaqişə zonasında öz iddialarını məhdudlaşdırmaq niyyətində deyil. Beləliklə, Ermənistan sülhə vadar olmayanadək əvvəlki razılaşmalar aktuallığını itirəcək".
Ermənistanın hərbi təlimlərdə iştirakına gəldikdə isə D.Korkodinov bildirib ki, bu, ordunu mövcud problemlərin həllindən yayındırmaq zərurəti ilə izah olunur:
"Problem ondadır ki, Nikol Paşinyan "Qarabağ klanı" və Robert Koçaryanla münasibətlərinin gərginləşməsi fonunda rəqiblərinin nüfuzunun güclü olduğu ordudan qorxmağa başlayıb. Buna görə də o, Silahlı Qüvvələri müxtəlif tədbirlərlə məşğul edir ki, onlar fikirlərini baş nazirin iqamətgahına yönləndirməsinlər. Ona görə də Ermənistanın Naxçıvanla sərhədin yaxınlığında təlimlərdə iştirakı hücum məqsədi daşımır. Nikol Paşinyanla "Qarabağ klanı" arasında münasibətlərin gərginləşməsi Azərbaycanın regiondakı siyasətinə müsbət təsir göstərir. Yekunda Azərbaycanın düşmənlərini zəiflədən amillər Bakı tərəfindən müsbət qarşılanır. Ona görə də Azərbaycan hələlik heç nə etməsə də olar. Sadəcə, müşahidə etmək lazımdır. Erməni klanları mübarizə nəticəsində Bakıya sərfəli olan addımları atacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Raxim Oşakbayev: Orta Dəhliz iki ildə 15 dəfə böyüyüb
15:12 02.10.2026
İqtisadiyyat
Novak: Rusiyada cüzi benzin çatışmazlığı var
15:04 02.10.2026
Dünya
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə