Rusiyanın təyin edəcəyi yeni səfir münasibətlərə ciddi yanaşmalıdır”
10:03 29.11.2017
Arxiv
402
"Georgi Zuyev Rusiya Xarici İşlər Nazirliyinin (XİN) işçisidir və ictimai fəaliyyətdə adı hallanmır”.
Bunu "Sherg.az”a Rusiyanın XİN-in Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almamasının səbəblərindən danışarkən politoloq İlqar Vəlizadə deyib.
O bildirib ki, bu namizədin iddia edildiyi kimi ermənipərəst olub-olmaması şübhə doğurur:
"Yeni təyin olunacaq səfirin funksiyası iki tərəflər arasında münasibətlərin yaxşılaşdırılmasına dair addımlar olmalıdır. Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elə mövqe sərgiləməlidir ki, münasibətlərə xələl gəlməsin. Səfirin fikirləri birmənalı şəkildə münasibətlərə zərbə vurarsa, bununla bağlı addımlar atıla bilər.
Təcrübəli diplomat çox yaxşı anlayır ki, bu, həssas mövzudur. Ona görə, səfir çalışacaq ki, birbaşa hansısa mənfi fikirlər söyləməsin. Yəqin ki, münaqişə ilə bağlı diplomatik ifadələr daha çox yer alacaq.
MDB ölkələrində fəaliyyət göstərən səfirlərdən birinin ölkəmizə göndərilməsinə gəldikdə isə bu səfirin regiona bələd olması baxımından müsbət haldır. Yeni səfir mövcud münasibətləri anlamalı, ciddi yanaşmalıdır”.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikovun sözlərinə görə, Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya