“Putinə sadəcə görüntü lazımdır ki, Suriyadakı müharibədə İran və Türkiyə ilə yanaşı, Orta Asiya türklərinin iştirak etdiyini də vurğulasın”
Rusiyanın “Turan” batalyonu İŞİD-ə qarşı pulla vuruşur
00:05 30.11.2017
Arxiv
688
Suriyadakı bu əsgərlərə ayda 2 min 600 dollar maaş ödənilir
“Putinə sadəcə görüntü lazımdır ki, Suriyadakı müharibədə İran və Türkiyə ilə yanaşı, Orta Asiya türklərinin iştirak etdiyini də vurğulasın”
“Putinə sadəcə görüntü lazımdır ki, Suriyadakı müharibədə İran və Türkiyə ilə yanaşı, Orta Asiya türklərinin iştirak etdiyini də vurğulasın”
Rusiyanın Orta Asiya mənşəli türklərdən ibarət "Turan” briqadası yaratdığı məlum olub. "Turan” döyüşçülərinin Suriyanın şimalındakı Deyr əz-Zor vilayətində görüntüləri yayılıb. Yayımlanan fotolarda taborun hərbçilərinin müxtəlif silahlardan atəş açmaları əks olunub. Taborun Suriyadakı əməliyyatlara bu ilin mayından qoşulduğu güman edilir.
Pullu əsgərlərdən ibarət peşəkar briqada ABŞ-ın Əfqanıstan və İraqda istifadə etdiyi "Blackwater”ə bənzədilir. Barəsində çox da məlumat verilməyən "Turan” xüsusi təyinatlı briqadası qazax, türkmən, saxa, yakut, qırğız, özbək, azəri və tacik türklərindən ibarətdir. Deyilənə görə, Rusiyanın türk döyüşçülərdən ibarət xüsusi təyinatlıları Suriya ərazisində İŞİD terrorçularına qarşı mübarizə məqsədi ilə yaradılıb. Taborda qulluq edənlərin geyimlərinin qollarında olan mavi dairə formalı loqoda "Turan” sözü, tüfəng tutan əl və 3 dairə əks olunub. Birliyin hərbçiləri məhv edilən terrorçuların fotolarını da məhz bu loqo ilə yayıblar.
"Turan” döyüşçüləri nə qədərdir və hansı silahlardan istifadə edirlər?
Aralarında keçmiş SSRİ xüsusi təyinatlılarının da olduğu "Turan” briqadası 800-1200 nəfərlik şəxsi heyətdən ibarətdir. Briqadaya yeni qoşulan əsgərlərə təxminən 8 aylıq intensiv partizan təlimi keçirilir. Yaşları 30-50 arası dəyişən türk xüsusi təyinatlıları İŞİD terrorçularına qarşı döyüşlərdə aktiv iştirak edirlər. İlk olaraq Həma şəhərinə 400 nəfər gətirilən xüsusi təyinatlılar daha sonra Homs, Palmira və Suriyanın digər şəhərlərində ordu qüvvələrinə dəstək veriblər. Döyüşçülər təkcə Rusiya istehsalı olan "Kalaşnikov”dan deyil, NATO ölkələrinə məxsus silahlardan da istifadə edirlər. "Turan” briqadası ABŞ istehsalı olan "M-4” və "M-16” piyada tüfənglərinə də malikdirlər.
Muzdlu əsgərlər ayda 2 min 600 dollar, komandirlər isə...
Rusiyada ABŞ-ın "Blackwater” muzdlu döyüşçü şirkətinə alternativ iki briqadası var. Biri ukraynalı polkovnik-leytenent Dmitri Utkinin qurduğu "Vaqner”, digəri isə "Turan” batalyonlarıdır. "Vaqner”in Suriyada təxminən 5 min muzdlu əsgəri, "Turan” briqadasının isə 1200 nəfərlik əsgəri var. "Moskovski Komsomolets” nəşrinin yazdığına görə, döyüşçülər briqadanın tərkibində pulla vuruşurlar. Məlumata görə, Suriyadakı pullu əsgərlərin ayda 150 min rubl, təxminən 2 min 600 dollar aldığı, komandirlərə isə ayda 4 min dollardan artıq maaş ödəndiyi bildirilir.
"Turan” ordusu simvolik xarakter daşıyır”
"Turan” ordusu ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Putin Suriyada İŞİD-lə aparılan mübarizəni beynəlmiləlləşdirməyə çalışır:
"Rusiya başçısı "Əsədə təkcə Rusiya dəstək verir” görüntüsünü və düşüncəsini dəyişmək istəyir. Göstərməyə çalışır ki, əgər Yaxın Şərq bölgəsində gedən savaşda Mərkəzi Asiya ölkələrindən olan əsgərlər də iştirak edirsə, deməli, Kreml Suriyada yanlış addım atmır. Proses əsasən terrorçu qruplaşmaya qarşı mübarizə kimi önə çəkilsə də, eyni zamanda Əsədə dəstək kimi də xarakterizə olunur. Əslində "Turan” ordusu simvolik xarakter daşıyır. Çünki briqadanın tərkibi sadəcə 800-1000 nəfərdən ibarətdir. Deməli, bölgədə əsas güc yenə də Rusiya ordusudur. Putinə sadəcə görüntü lazımdır ki, Suriyadakı müharibədə İran və Türkiyə ilə yanaşı, Orta Asiya türklərinin iştirak etdiyini də vurğulasın”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya