Saakaşvilidən proqnoz: Putin Paşinyanı devirəcək
13:38 09.08.2018
Arxiv
530
Rusiya Ermənistan Baş naziri Nikol Paşinyana qarşı payızda böyük etirazlar təşkil edəcək.
Axar.az xəbər verir ki, bunu "Novaya qazeta” qəzetinə müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib:
"Qafqaz sürətlə dəyişir. Ermənistana baxın. Tam nəzarət yoxdur. Təkcə hərbi nəzarət və Rusiya təbliğatı xalqın iradəsini dayandırmaq gücündə deyil. Putin Ermənistanı rahat buraxan deyil. Məncə, payızda Paşinyana qarşı etiraz dalğası qaldırılacaq. Paşinyan hər vasitə ilə çalışır ki, Putini razı salsın. Putini isə heç cür razı salmaq mümkün deyil. Putin görmədi ki, ayağa qalxan qərbyönlü, ingilisdilli gənclərdir? Üstəlik, hazırda Ermənistanda rus ordusu ilə bağlı böyük qıcıqlanmalar da mövcuddur. Bu ordu Ermənistanda özünü işğalçı kimi aparır və bu da insanları qıcıqlandırır”.
Saakaşvilinin sözlərinə görə, Paşinyan həmçinin KTMT rəhbəri Xaçaturov, "Qazprom”un Ermənistandakı rəhbəri Köçəryana qarşı gedir:
"Bunlar Rusiyanın Ermənistandakı dayaqlarıdır. Mən Paşinyanın Moskvada nə dediyini bilmirəm, amma Putin belə şeyləri həzm etmir. İndi istənilən halda Paşinyanı devirməyə çalışacaqlar. Bu məndə heç bir şübhə yaratmır. Paşinyanın böyük problemləri başlayacaq, aksiyalar start götürəcək. Moskvadakı oliqarxlar Paşinyana qarşı böyük pullar verəcəklər ki, Ermənistanın daxilində mütəşəkkil cinayətkarlığı gücləndirsinlər. Onun çox az vaxtı qalıb və məncə, o, əlində rıçaqları olduğu zaman ətrafına yeni adamları boşuna toplamayıb. Problem odur ki, Paşinyan hüquq-mühafizə sistemini dağıtmadan Köçəryanı həbs etmək istəyir. Lakin köhnə hüquq-mühafizə sistemi onun qərarlarını sabotaj etməyə çalışacaq. Paşinyan hər şeyi doğru edir, amma sistemi dəyişmir. Bu köhnə sistem zamanı gələndə onun əmrlərini icra etməkdən imtina edib, özünə qarşı işləyəcək”, – deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya