"Siyasi tərəflər arasında gərginlik Ermənistanda keçirilən seçki kampaniyası dövründən daha da gərgin xarakter alıb. Seçki marafonu zamanı "mənim addımım” fraksiyasının namizədi Sasuna Mikaelyanın "seçkidə qalib gəlmək Qarabağ cəbhəsinddə müvəffəqiyyətdən daha vacibdir” bəyanatı Bako Saakyanı tədbirlər görməyə vadar etdi. Bunun ardınca Saakyan öz tərəfdarlarını Paşinyana qarşı səfərbər etməyə başladı. İrəvanda acınacaqlı məğlubiyyətə uğrayan "Qarabağ kalnı” artıq Saakyana heç bir dəstək ola bilmir. Saakyan da çox gözəl anlayır ki, bu gedişlə yaxın zamanda "hakimiyyətini” itirəcək”.
"Saakyan Paşinyana qarşı dirənməyə çalışacaq" - Gərginliyin pik həddi
10:15 03.01.2019
Arxiv
696
"Ermənistanda hakimiyyəti ələ keçirmiş "Qarabağ klanı”nın "xeyir-duası” ilə formalaşan qondarma "respublikanın parlament və hökumət” üzvləri Nikol Paşinyana qarşı sərt bəyanatlarla çıxış edirdilər. Dekabr ayında Paşinyan Bako Saakyana xəbərdarlıq edərək bildirdi ki, hökumət üzvlərinin əl-ayağını yığışdırsın”.
Bunu "Sherg.az”a açıqlamasında c deyib.
Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, tərəfləriin qarşıdurması daha da dərinləşməkdədir:
"Siyasi tərəflər arasında gərginlik Ermənistanda keçirilən seçki kampaniyası dövründən daha da gərgin xarakter alıb. Seçki marafonu zamanı "mənim addımım” fraksiyasının namizədi Sasuna Mikaelyanın "seçkidə qalib gəlmək Qarabağ cəbhəsinddə müvəffəqiyyətdən daha vacibdir” bəyanatı Bako Saakyanı tədbirlər görməyə vadar etdi. Bunun ardınca Saakyan öz tərəfdarlarını Paşinyana qarşı səfərbər etməyə başladı. İrəvanda acınacaqlı məğlubiyyətə uğrayan "Qarabağ kalnı” artıq Saakyana heç bir dəstək ola bilmir. Saakyan da çox gözəl anlayır ki, bu gedişlə yaxın zamanda "hakimiyyətini” itirəcək”.Analitik vurğulayıb ki, Sarkisyanın klan üzvü olan Saakyan korrupsiya rıçaqlarından mərhum olduğundan oksigensiz qalmış durumdadır: "Rüşvət, korrupsiya və oğurluq yolu ilə əldə etdikləri var-dövləti itirmək ərəfəsində olan Saakyan var qüvvəsi ilə Paşinyana dirənməyə çalışacaq. Bundan ötrü dəfələrlə Avropada yaşayan diaspora üzvlərinə və Rusiyaya emmisarlar göndərib. Saakyanın çıxılmaz və çarəsiz durumda olduğu açıq-aşkardır. Bu dəfə onu nə erməni diasporası, nə də Rusiya xilas edə biləcək. Bu qarşıdurmada Paşinyanın "qalib” çıxmaq şansı daha çoxdur”.
Qeyd edək ki, Qarabağ separatçılarının rəhbəri Bako Saakyan Ermənistanın yeni rəhbərliyinin əleyhinə daha bir addım atıb. Saakyan Xankəndidə Ermənistan parlamentinin sədri, Serj Sarkisyanın Respublikaçılar Partiyasının hakimiyyətdəki sonuncu ən yüksək vəzifəli nümayəndəsi olan Ara Babloyanı qəbul edib. Saakyan Babloyanla təkbətək və genişləndirilmiş tərkibdə görüş keçirib. Görüşlərdən sonra Saakyan bir müddət sonra spiker vəzifəsini itirəcək Babloyanı "Mesrop Maştots” ordeni ilə təltif edib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya Avropa ilə heç bir müharibəyə hazırlaşmır
23:00 22.10.2026
Gündəm
"Brent" markalı neftin qiyməti 113 dolları keçdi
22:43 22.10.2026
İqtisadiyyat
Ağ Ev tarix açıqladı: ABŞ seçkilərədək İrana hücum etməyəcək
22:24 22.10.2026
Gündəm
“Real Madrid” Arda Gülərlə 2031-ci ilədək müqavilə imzalayır
22:08 22.10.2026
Futbol
Rusiya XİN Netanyahunun ittihamlarına cavab verdi
21:59 22.10.2026
Gündəm
Fransanın bir sıra şəhərlərində bütün nümayişlər qadağan edilib
21:41 22.10.2026
Aktual
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
21:01 22.10.2026
Futbol
Vətən müharibəsi qazisi qətlə yetirildi
20:50 22.10.2026
Hadisə
Merz: Aİ aydın bir qüvvə kimi görünmək üçün genişlənməlidir
20:33 22.10.2026
Dünya
Fransada iğtişaşlar zamanı 2700 nəfər saxlanıldı
20:25 22.10.2026
Dünya
Rusiya və Ukrayna bu məsələdə razılaşdı - Vens
20:17 22.10.2026
Aktual
ABŞ Estoniyaya HIMARS raketləri göndərdi
20:00 22.10.2026
Gündəm
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya