Saakyanın siyasi iflası qaçılmazdır
07:14 05.06.2018
Arxiv
349
Azər Rəşidoğlu hesab edir ki, Xankəndində baş verənlər İrəvanda artıq yekunlaşmaqda olan siyasi teatrın davamıdır
İyun ayının 1-dən Dağlıq Qarabağda etiraz aksiyaları keçirilir. Etirazçılar separatçı rejimin "güc strukturları”nın istefasını tələb edirlər. Xankəndi şəhərində ermənilərin etirazlara başlaması separatçı rejimin liderlərinin İrəvana müraciətlərini artırıb.
Müraciətlərdən biri separatçı Artur Ağabekyan tərəfindən edilib. Ağabekyan müraciətində İrəvanı "özünə gəlməyə” səsləyib. O, qondarma rejimin "təhlükəsizlik xidmətinin rəhbərinin” istefasının qəbuledilməz olduğunu və guya, məhz onun aprel müharibəsindən sonra Xankəndinin "özünə gəlməsində” mühüm rol oynadığını bildirib. Lakin rəsmi İrəvan baş verənlərlə bağlı mövqe ortaya qoymayıb. Bu səbəbdən Qarabağ separatçıları ilə Ermənistan hakimiyyəti arasında münasibətlər gərginləşməyə başlayıb. Qarabağdakı aksiyalar Ermənistanın birinci prezidenti Ter-Petrosyanı da dilə gətirib. Petrosyan İrəvana çağırış edərək, Qarabağda faciə baş verə biləcəyini deyib. Onun sözlərinə görə, Paşinyan, Sarkisyan və digərləri Qarabağda vəziyyəti nizamlamaq üçün zəruri addımlar atmalıdırlar: "Ermənistanda baş verən kütləvi hərəkat Qarabağa sıçrayıb. Bu vəziyyət orada faciə ilə nəticələnə bilər”.
Petrosyan Paşinyanı bu məsələdə "3-cü tərəf” olmağa səsləyib və bildirib ki, Saakyanı bu məsələdə tək qoymaq olmaz. Bir sıra analitiklərin fikrincə, Paşinyan Qarabağ separatçılarının başına öz adamını gətirmək istəyir. Çünki qondarma rejimin rəhbəri Bako Saakyan keçmiş prezident Serj Sarkisyanın adamıdır. Bu isə Paşinyan üçün təhlükə deməkdir. O, qorxur ki, Sarkisyan-Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər.
Mövzunu "Şərq”ə şərh edən politoloq Azər Rəşidoğlu hesab edir ki, Xankəndində baş verənlər İrəvanda artıq yekunlaşmaqda olan siyasi teatrın davamıdır:
"Ermənistanın baş naziri qismində Nikol Paşinyan ilk səfərini mayın 9-da Xankəndinə etdi və Qarabağ klanına bundan sonra dəstək verilməyəcəyini bildirdi. Paşinyanın "Qarabağ klanı”na qarşı açıq çıxışlar etməsi, əks tərəfin narazılığı ilə qarşılandı. Ehtimal etmək olar ki, Xankəndində etirazlar artacaq və son hədəf kimi Bako Saakyan seçiləcək. Xatırlayırsızsa, 2017-ci ildə Qarabağda "konstitusiya islahatı” keçirildi və "prezidentə” fövqəl-səlahiyyətlər verildi.
Bununla yanaşı qondarma parlament 2017-ci ilin yayında Bako Saakyanı 2020-ci ilə, "ümummilli prezident” seçkiləri baş tutana qədər "keçid dövrü prezidenti” seçdi. Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra Bako Saakyanın üç illik "keçid” müddəti mənasını itirdi. Artıq Xankəndində etirazlar artmaqda, separatçı rejimin rəhbəri Saakyanın siyasi iflası qaçılmaz görünməkdədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou