Sabah İstanbulda qan tökəcəkdilər - Türkiyə polisi 9 terrorçunu saxladı



İstanbul polisi Bağcılar səmtində 15 iyul öncəsi partlayışlar törətmək istəyən terrorçulara qarşı əməliyyat keçirib. 

Sherg.az Türkiyə KİV-ə istinadən bildirir ki, əməliyyat zamanı 1-i uşaq olmaqla 9 terrorçu qruplaşma üzvü saxlanılıb. Onların mənzilinə baxış zamanı çoxlu sayda partlayıcı maddələr aşkarlanıb. 

"Devrimci Gənclik Hərəkatı" (DGH) üzvləri olan terrorçular sabah İstanbulda partlayışlar törətmək niyyətində olublar.