Sabiq nazirdən testin ləğvinə münasibət: "...Çətinliklə tətbiq etmişdik"
14:34 23.08.2017
Arxiv
985
"Bu 26 ildə test imtahanlarının çox böyük əhəmiyyətini gördük”.
Bu barədə "Sherg.az”a ali məktəblərə qəbulda test imtahanlarının ləğvinə münasibət bildirərkən bu imtahan metodunu Azərbaycan təhsil həyatına gətirən sabiq təhsil naziri, professor Firuddin Cəlilov deyib.
Professor test sistemini böyük çətinliklə tətbiq etdiklərini qeyd edib:
"Amma test imtahanı da islah olunmalıdır. Yeni mexanizm işlənməli, tələbələrin xeyrinə suallar asanlaşdırılmalı, iki mərhələli qəbul həyata keçirilməlidir. Bütün bunlar yerinə oturduqda qəbul imtahanlarını ləğv etmək lazımdır. Kim oxumaq istəyirsə, sənədlərini versin oxusun, kim istəmir "zorla gözəllik olmaz". İndiki məqamda DİM-in hansı mexanizmləri işləyib, tətbiq edəcəyi müəmmalıdır. Qurumun rəsmi modelləri hazırlanıb, tətbiqinə başlandıqda fikrimi bildirərəm”.
Qeyd edək ki, İki il sonra buraxılış və qəbul imtahanlarında yeni model tətbiq ediləcək”.
"Sherg.az"ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "ASAN Radio”ya müsahibəsində deyib.
M.Abbaszadə deyib ki, gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: "Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.
M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: "Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı
01:59 26.09.2026
Şou
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol