Sabiq XİN başçısı:"Rusiyanın Azərbaycana qarşı güc tətbiq edəcəyinə inanmıram"
17:38 29.06.2018
Arxiv
1337
"Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolu Azərbaycan cəmiyyətində həddindən artıq şişirdilib”.
Bu barədə "Sherg.az”a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiya XİN rəsmisi Mariya Zaxarovanın "Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişməyib" iddiasını şərh edərkən bildirib.
O diqqətə çatdırıb ki, əsas problem Rusiyanın vasitəçi kimi çıxış etməməsi, Ermənistanın təhlükəsizliyinin təmin olunması öhdəlikləri barədə ikimənalı açıqlamalar verməsidir:
"Bunu öhdəlik kimi qəbul etmək və Dağlıq Qarabağ münaqişəsinə aid etmək çətindir. Mən Rusiyanın Azərbaycana qarşı güc tətbiq edəcəyinə inanmıram. Buna baxmayaraq, ikimənalı açıqlamalar işğalçı dövlətdə arxayınçılıq yaradır. Ona görə, danışıqlar prosesinin perspektivi yoxdur.
Rusiyanın bu münaqişədə rolu əsas deyil. Əsas həlledici qüvvə Azərbaycan xalqıdır. Çünki Azərbaycanın mövqeyinə görə, Ermənistanın iddialarını heç bir dünya dövləti qəbul etmir. Düzdür, məsələ uzanır, amma beynəlxalq ictimaiyyət Ermənistanın istəklərini, Azərbaycan torpaqlarını özünə birləşdirmək cəhdini qəbul etmir. Buna görə, əsas yekun nəticə Azərbaycandan asılıdır. Azərbaycan xarici siyasətini uyğun qurmaqla çalışır ki, Rusiyanın ikimənalı siyasətini aradan götürsün. Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinə nail olsun. Düşmən başa düşməlidir ki, o öz qüvvəsinə istinadən hansısa siyasəti yürütməlidir. "Təhlükəsizlik çətiri” altında Azərbaycana güc nümayiş etdirməsi əlverişli nəticəyə gətirib çıxarmayacaq”.
Qeyd edək ki, M. Zaxarova bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı deyilən hər söz münaqişə tərəfi olan ölkələrdə yüksək maraq doğurur. Siz, bizim Dağlıq Qarabağ münaqişəsinin həllinə, o cümlədən Azərbaycan və Ermənistanla münasibətlərimizə ənənəvi yanaşmamızı bilirsiz. Bu, fundamental rəsmi mövqedir, heç bir dəyişikliyə uğramayıb. Biz hər iki ölkə ilə nəticəyə nail olmaq üçün işləyirik. Biz, bu münaqişənin həllindəki rolumuzu Bakı və İrəvanla müqayisə etmirik.
Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu bizim üçün beynəlxalq gündəmdə daha aktual olan məsələlərdən biridir. İki ölkə arasında əldə olunan razılıqlar, razılaşdırılmış mövqelər sözsüz ki, bizim maraqlarımıza cavab verir. Ona görə də Dağlıq Qarabağ probleminin həllinə Rusiyanın bir dövlət kimi baza yanaşması dəyişməyib. O ki qaldı bəyanatlara, bəyanatlar siyasətçilər, müxtəlif səviyyəli parlamentarilər, tarixçilər tərəfindən səslənir. Belə bəyanatlar çoxlu saydadır. Bilirsiniz ki, bu məsələ ilə bağlı rəsmi mövqe var və bu mövqe sizə məlumdur".
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi