Sabir Rüstəmxanlı: "İran gözdən pərdə asır"




İran öz parlamentində türk fraksiyasından sonra kürd fraksiyası yaratmaqla dünyaya demokratikləşmə istiqamətində addımlar atdığını nümayiş etdirmək istəyir.

BunuSherg.az -a İran parlamentində yaradılacaq kürd fraksiyasına münasibət bildirərkən sabiq millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri(VHP) Sabir Rüstəmxanlı söyləyib. Bununla yanaşı o, qeyd edib ki, faktiki olaraq həmin fraksiyalar kağız üzərində qalırlar:

"Onların İranda qanunlara təsir göstərmək, yeni qanun təklif etmək, ölkənin siyasi həyatında vahid güc kimi iştirak etmələri mümkün deyil. Çünki həmin fraksiyaların İranın indiki şəraitində hansısa iş görmək imkanları yoxdur. Sadəcə bütün bunlar "gözdən pərdə asmaq" üçün atılan addımlardır".

Qeyd edək ki, İran parlamentində türk fraksiyasından sonra kürd fraksiyasının yaradılacağı bildirilir.

 Ayyət