Sahibə Qafarova Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının həmsədri ilə görüşüb
18:10 18.05.2021
Arxiv
372
Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Manlio Di Stefano Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyaya gerçəkləşən rəsmi səfərin uğurlu olacağına ümidvar olduğunu bildirib.
Azərbaycana son səfərini məmnunluqla xatırlayan Di Stefano ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğulayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova səmimi görüşə görə təşəkkür edərək, rəsmi səfərin İtaliya Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin dəvəti əsasında baş tutduğunu bildirib, Azərbaycan və İtaliya arasında münasibətlərin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Bildirib ki, İtaliya Prezidenti Sercio Mattarella 2018-ci ildə Azərbaycana, 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfərləri əlaqələrin inkişafına böyük töhfə verib.
Mədəni əlaqələrin inkişafına toxunan Sahibə Qafarova Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun və UNESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələri vurğulayıb. Qeyd edilib ki, bu cür layihələr ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edir.
Daha sonra Milli Məclisin Sədri 44 günlük Vətən müharibəsi və artıq başa çatmış münaqişə barədə məlumat verib. Qeyd edilib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinə başlayıb.
Ermənistanın münaqişə başa çatdıqdan sonra da tutduğu qeyri-konstruktiv mövqeyə toxunan Sədr bildirib ki, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir və bu yolla ərazilərdə bərpa işlərini və məcburi köçkünlərin öz torpaqlarına dönüşünü ləngidir. Eyni zamanda Ermənistan həqiqəti əks etdirməyən məlumatlar yayaraq, münaqişə başa çatdıqdan sonra saxlanılan terrorçuları “hərbi əsir“ kimi qələmə verməyə çalışır. Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan sülh tərəfdarıdır, regionda bütün insanların sülh içində yaşamasını istəyir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya