Sarqsyan müharibədə Ermənistanın 1064 hərbçisinin itkin düşdüyünü açıqlayıb
19:35 16.06.2021
Arxiv
464
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın ofisi itkin düşən hərbçilərin sayını göstərən sənəd yayıb.
APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, sənəd 6 aprel tarixində Hərbi Sığorta Fondu tərəfindən baş nazirin müavini Mher Qriqoryana və Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyana göndərilib.
Sənədə əsasən, itkin düşənlərin sayı baş nazir Nikol Paşinyanın 14 aprel tarixində parlamentdə çıxışı zamanı iddia etdiyi kimi 321 deyil, təxminən üç dəfə çoxdur.
Sənəddə itkin düşənlərin sayının 1064 nəfər olduğu bildirilir. Bundan başqa, onların ailələrinə 500 milyon dram (təxminən 970 min dollar) məbləğində təzminat da verilib.
Bundan əvvəl S.Sarqsyan Kotaykda təşviqat kampaniyası zamanı sənədin onun telefonunda olduğunu və ictimaiyyətə açıqlanacağını bildirmişdi. O qeyd edib ki, baş nazir itkin düşənlərin dəqiq sayını cəmiyyətdən gizlədərək fərqli rəqəm söyləyib.
“Qoy heç olmasa çıxsınlar və insan kimi desinlər ki, itkin düşənlərin dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb. Fondda bu rəqəmlər var”, - Sarqsyan belə deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol