“Sataşmağa başqa müğənni tapmırsız?”
09:04 05.06.2018
Arxiv
940
Gülyanaq Məmmədova: “Mənim sənətim var, şəxsi həyatımla gündəmə gəlməyə ehtiyacım olmayıb”
Xalq artisti Gülyanaq Məmmədovanı barəsində mətbuatda yer alan məlumat əsəbiləşdirib. Bəzi saytların ondan soruşmadan şəxsi həyatı barədə yazdıqları xanəndəni özündən çıxarıb. Bu barədə "Şərq”ə danışan sənətçi gileylənib: "Mənim hər zaman mətbuata, peşəkar jurnalistlərə hörmətim olub. Onların yaradıcılıqlarına, qələmlərinə hörmət etmişəm. Ancaq bəzi mətbuat nümayəndələri peşəkarlıqdan uzaq olduqları üçün son günlər qalmaqal xatirinə yazılar yazırlar.
Bir neçə mətbuat orqanında mənim illər öncə toyum barədə yazılar yer aldı. Əvvəla mən dünən ailə qurub, toy çaldırmamışam. İkincisi, mənim toyuma çəkilən xərcin əslində heç kimə aidiyyəti yoxdu. Mən sadəcə verilişdə jurnalistin sualını cavablandırmışam.
Əgər o məqaləni yazan jurnalist verilişə diqqətlə baxsaydı, anlaya bilərdi ki, orda söhbət dünya ulduzlarının öz toylarına xərclədikləri böyük vəsaitlərdən gedirdi. O məqamda jurnalist də məndən soruşdu ki, sizin toya nə qədər xərciniz çıxıb. Mən də hörmətsizlik edib sualı cavabsız qoymadım. Bildirdim ki, təxminən 35 min manat. Mən dəqiq də rəqəm söyləməmişəm. İllər öncə toy olub, bu barədə bu gün niyə yazırsız? Yazırlar ki, Gülyanaq şəxsi həyatı barədə məlumat verməklə gündəmə gəldi. Bunu yazan jurnalistin insafı yoxdumu? Mən öz şəxsi həyatımı nə zaman reklam etmişəm.
Məni tanıyanlar da bilir ki, səhnəyə gələn gündən ancaq çalışmışam ki, sənətimlə məşğul olum. Ailəm haqqında danışmağı da sevən olmamışam. Mənim sənətim var, şəxsi həyatımla gündəmə gəlməyə ehtiyacım olmayıb.
Vallah ayıbdı. Evdə, ailəmdə niyə söz-söhbət yaradırsız. Axı mən şou əhlindən uzaq biriyəm. Kimə nə pisliyim dəyib? Hansı jurnalistə hörmətsizliyimin şahidi olmusuz? Mən şəxsi həyatımla gündəmə gələn sənətçi deyiləm. Bunu mənə necə yaraşdırırsız? Sadəcə verilişə qonaq getmişəm, jurnalistin verdiyi sualı cavabsız qoymamışam. Bu, gündəmə gəlmək üçün səbəbdimi? Bu illər ərzində kim deyə bilər ki, biz bacılar qalmaqal etmişik, Gülyanaq kiminsə xətrinə dəyib, kiminləsə söz-söhbətim olub. Mən bu həyatdan uzaq biriyəm.
Sənətim, bir də ailəmdən başqa heç nə mənim üçün maraqlı olmayıb. Bu günə qədər qalmaqal edib gündəmə gəlməyə maraqlı olmamışam, bundan sonra şəxsi həyatımla gündəmə gələrəm? Ayıb deyil. Mən səhnəyə şou göstərib, səs-küy yaradan, nə bilim, şəxsi həyatı barədə şok açıqlamalar verən müğənni olmamışam axı. Sataşmağa müğənni tapmırsız?
Mən gündəmə gəlmək üçün heç vaxt can atmamışam. Sənətim var, gündəmə gəlməyə ehtiyacı o müğənninin olar ki, səsi, sənəti olmasın. İnanın, bu xəbərləri oxuyanda çox təəssüflənirəm, narahat oluram. Çünki bu kimi məlumatlar, yazılar, dedi-qoduları mən özümə yaraşdırmıram. Mətbuata üz tutub deyirəm, xahiş edirəm ki, mənim dilimdən müsahibə almadan barəmdə yazı verməsinlər, yalan yazmasınlar.
Mənim hər zaman peşəkar jurnalist qələminə dəyərim, hörmətim var. Məni ucuz qalmaqalların odunda yandırmasınlar. Mən qalmaqallarla gündəmə gələn müğənni deyiləm, ünvanı düz seçsinlər. Bu kimi səs-küylü məlumatlarla mənim narahatlığım niyə pozulmalıdı? Sənətçi əsəbləşən kimi, ilk səsinə təsir edir. Mən niyə səbəbsiz yerə əsəblərimi pozmalıyam”.
Tahirə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou