Səfir: Gəmidə zəhərlənmədən ölənlərin ailələrinə kompensasiya veriləcək
09:27 19.10.2018
Arxiv
331
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə İrana məxsus gəmidə baş verən zəhərlənmə hadisəsilə bağlı Trend-ə açıqlama verib.
Səfir bildirib ki, zəhərlənmə baş verən gəmi Qazaxıstandan Azərbaycana yük daşımaqla məşğul olub: "Gəmi heyəti Qazaxıstan sərhədində zəhərlənib. Özlərini dərhal Azərbaycan sahilinə çatdırıblar. Xoşbəxtlikdən Azərbaycanın Sahil Mühafizə Qüvvələri onların köməyinə çatır və onları xəstəxanaya gətirir.
Hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib. Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək".
Səfir bildirib ki, dünyasını dəyişənlərin cənazələri hələlik İrana təhvil verilməyib.
Xatırladaq ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib.
8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlar 11.08.1987 təvəllüdlü Məhəmməd Kərəçisar Səfərli, İbrahim Zabil İxtiyar (01.10.1985), Təvəkkülü Purya Qulamirza (08.01.1991), Əhməd Məsud Məhəmmədrza (08.11.1991), Məhəmmədzaman Salmanxaleqi (1982), Vahid Mirzayi (1985), Seyid Məhəmmədi Məhəmməd (1985) və Hameddin Qulipurdur (1989).
3 nəfərsə həkim briqadası gələnə qədər dünyasını dəyişib. Onlar İranın Ənzəli şəhərinin vətəndaşları Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990).
Gəminin kapitanı isə xəstəxanaya köçürülməkdən imtina edib. Zəhərlənənlərin və ölənlərin hamısı İran vətəndaşlarıdır. İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz