Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edildi




Milli Məclisin bugünkü iclasında Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər müzakirə edilib. "Sherg.az"-ın xəbərinə görə, dəyişikliklər haqda deputatlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məruzə edib.

Komitə sədri deyib ki, 2016-ci ildə prezidentin müvafiq Fərmanı ilə Prezident yanında Mənzil İnşaat Dövlət Agentliyi publik hüquqi şəxs yaradılıb: "Bununla əlaqədar olaraq, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Şəhərsalma və Tikinti Məcəlləsinə müvafiq dəyişiklik edilir”. Komitə sədri əlavə edib ki, Mənzil İnşaat Dövlət Agentliyi gələcəkdə sosial evlərin inşası ilə məşğul olacaq.

Anar