Səməd Seyidov: Vəzifəmi layiqincə icra edəcəyəm
11:33 28.06.2018
Arxiv
965
"Məlumat üçün bildirim ki, prosedur qaydalarına əsasən 2018-ci ilin yanvar ayında AŞPA-nın prezidenti ve vitse-prezidenti vezifələrinə seçkilər keçirilmişdir. Seçkilər zamanı AŞPA-nın prezidenti vəzifəsinə İtaliyadan olan cənab Mişel Nikolleti və həmçinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri mən, Səməd Seyidov da vitse-prezidentlər biri kimi seçilmişəm. Lakin cari il İtaliyada keçirilən son seçkilərdən sonra cənab Mişel Nikolleti İtaliya Parlamentinə üzv seçilə bilmədiyi üçün AŞPA-nın prezidenti vəzifəsindən istefa verməli oldu. Bu səbəbdən AŞPA-nın 2018-ci il yay sessiyasının ilk günündə AŞPA-ya yeni prezident və vitse prezident seçkiləri keçirilmişdir”.
Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti seçilməsi ilə bağlı İnsider.az-a şərhində bildirib.
"İyun sessiyası çərçivəsində Vitse prezidentlik üçün keçirilən seçkilər zamanı mənim vitse prezident kimi seçilməmə heç kim narazılıq bildirməmiş və mən yekdilliklə seçilmişəm. Bu vəzifəni də 2020-ci ilin yanvar ayına kimi layiqincə icra edəcəyəm”.
Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının cari ilin iyun sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən qurumun vitse-prezidenti seçilib.
Bundan başqa, Azərbaycan nümayəndə heyətinin iki yeni üzvü - Çingiz Qənizadə və Naqif Həmzəyev nümayəndə heyətinin üzvləri kimi təsdiqlənmiş, Elşəd Həsənov və Sevinc Fətəliyeva "Hüquq və Sosial Komitələr" tərəfindən məruzəçi kimi seçilmiş, Ülviyyə Ağayeva və Qənirə Paşayeva "Azad Demokratlar" siyasi qrupunun vitse-prezidenti kimi təsdiq edilmişdirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət