
Sensasiya:“...Vaşinqton çalışacaq ki, Türkiyədə dövlət çevrilişi etsin”
11:17 30.04.2019
Arxiv
738
Cümşüd Nuriyev:“ Türkiyənin yeganə çıxış yolu Rusiya ilə münasibətləri korlamamaqdır. Əks təqdirdə Türkiyədə dövlət çevrilişi olacaq. Bu, birmənalıdır”
"Vəziyyət elədir ki, Ankara hökuməti nə Rusiya ilə bağladığı müqaviləni poza bilər, nə də Amerikanın şərtləri yerinə yetirə bilər”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.
Professor bildirib ki, Türkiyə Rusiya ilə müqavilə bağlamazdan öncə ABŞ-ın reaksiyasını nəzərə almalı idi:
"Türkiyəyə qarşı hərbi terrordan iqtisadi terrora keçilir. Türkiyənin yeganə çıxış yolu Rusiya ilə münasibətləri korlamamaqdır. Əks təqdirdə Türkiyədə dövlət çevrilişi olacaq. Bu, birmənalıdır. Ölkə başçısı Ərdoğan özünü də, Türkiyəni böyük bir tələyə salıb. Proses bu şəkildə davam edərsə, Vaşinqton çalışacaq ki, Türkiyədə dövlət çevrilişi etsin”.

C.Nuriyevin sözlərinə görə, Tramp siyasətçi deyil, biznesmendir:
"Amerikada dərin dövlətin idarəetməsində silah alverçilərinin rolu çox böyükdür. Rəsmi şəkildə bildirildi ki, 2018-ci ildə ilk dəfə olaraq ABŞ-ın hərbi xərcləri 6 faizdən çox artıb. Bu, heç də kiçik rəqəm deyil. Türkiyə silahlanma siyahısında ilk onluğa düşmür, amma Rusiya onluqda yeddinci yerdə dayanır. Bu, o deməkdir ki, Ağ Ev Türkiyənin Rusiyadan S -400 raketlərini almasını qətiyyən istəmir. Vaşinqton çox yaxşı bilir ki, S -400-lər ABŞ-ın raket komplekslərini sıradan çıxarmaq gücündədir”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla telefon danışığı olub. Ərdoğan Trampa Rusiyadan alınan S-400 müdafiə sisteminin tədarükü ilə bağlı işçi qrupunun yaradılmasını təklif edib.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya