“Sərhədsiz reportyorlar”ın cədvəli qərəzli məqsəd daşıyır




"Sərhədsiz reportyorlar”ın mətbuat azadlığı üzrə reytinq cədvəlində Azərbaycanın 163-cü yerdə göstərilməsi qərəzli məqsəd daşıyır. 

Bu barədə Sherg.az -a Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət bildirib.
 O, qeyd edib ki, ATƏT-in Vyanadakı sessiyasında həmin təşkilatın təmsilçilərini fakt qarşısında qoyub: "
Bu birliyin xanım təmsilçisi Lüsi Morilyona təşkilatlarının qurucusu və keçmiş baş katibi Rober Menar haqqında bir-neçə faktı çatdırdım. Sualım elədim ki, necə olur ki, təşkilatın keçmiş baş katibi bir zamanlar beynəlxalq hüquq müdafiəçisi olub, indi isə Fransanın radikal Milli Cəbhə Partiyasının üzvü kimi siyasət adamıdır və meri olduğu şəhərdən müsəlman qaçqınları qovur?” Xanım Morilyon isə mənə cavabında Rober Menara görə cavabdeh olmadığını bildirdi. O da, ermənilər kimi o da mənim təşkilatımın mövcud olmadığını iddia etdi. Ona faktlarla izah etdim ki, təmsil etdiyi təşkilat Azərbaycana münasibətdə qərəzli və qeyri-obyektivdir. O isə öz növbəsində bunu təsdiq edən faktları e-poçtla göndərməyimi xahiş etdi. Sonda razılaşdıq ki, əgər doğrudan da Azərbaycanda medianın, jurnalistlərin hüquqlarını qorumaq əsas məqsəddirsə, əməkdaşlıq edək”.
Qeyd edək ki, Xarici mətbuat birliyi olan "Sərhədsiz reportyorlar”ın mətbuat azadlığı üzrə reytinq cədvəlində Azərbaycanı 163-cü yerdə göstərilib.

Aysel Aslan